Attaşelər Hərbi dəniz Qüvvələrini ziyarət edib

Attaşelər Hərbi dəniz Qüvvələrini ziyarət edib
18:54 8 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün noyabrın 8-də Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil olunub.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, on dörd dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələrinə HDQ barədə brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Eyni zamanda, qonaqlar hərbi hissənin qərargahı, silahlanmasındakı hərbi texnikası, şəxsi heyətin yerləşmə şəraiti, inzibati binaları, əsgər yeməkxanası və digər obyektləri ilə tanış olublar.

 

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR