"Milan" 2016-cı ilin sonuna kimi rəsmən Çinin "Sino-Europa Sports" konsorsiumuna satılacaq. Artıq satışdan sonra rəhbərlikdə ediləcək dəyişikliklər də müəyyənləşib.
Goal.az "ANSA" agentliyinə istinadən xəbər verir ki, 1986-cı ildən klubun sahibi olan Silvio Berluskoni fəxri prezident postunu tutacaq. "Rossoneri"nin direktoru və vitse-prezidenti Barbara Berluskoni və Adriano Qalliani isə klubdan gedəcək. Yeni direktor "İnter"dəki işindən tanınan Marko Fassone olacaq. Satışın noyabrın 23-ə kimi rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, bir müddət öncə "Real"ın prezidenti Florentino Perezin Qallianiyə iş təklif etdiyi barədə xəbərlər ortaya çıxmışdı.
Milli.Az