Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Xəstəxananın həyətində qumbara tapıldı - FOTO

Xəstəxananın həyətində qumbara tapıldı - FOTO

Date: 8 November 2016 19:32

Tərtərin Azad Qaraqoyunlu kənd xəstəxanasının həyətindən 1 ədəd partlamamış hərbi sursat (F-1, piyada əleyhinə qumbara) aşkar edilərək götürülüb, nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, ümumilikdə 7 Aprel - 08 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 952 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az



Tags:  Xəstəxananın həyətində qumbara tapıldı FOTO

RƏYLƏR


Top news