Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Kənd xəstəxanasının həyətindən qumbara tapıldı - FOTO

Kənd xəstəxanasının həyətindən qumbara tapıldı - FOTO

Date: 8 November 2016 19:38

Tərtər rayonunda 1 ədəd partlamamış hərbi sursat (F-1, piyada əleyhinə qumbara) aşkar edilib.

Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, rayonun Azad Qaraqoyunlu kənd xəstəxanasının həyətindən 1 ədəd partlamamış hərbi sursat (F-1, piyada əleyhinə qumbara) aşkar edilərək götürülüb, nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən bu il aprelin 7-dən noyabrın 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 952 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Tags:  Kənd xəstəxanasının həyətindən qumbara tapıldı FOTO

RƏYLƏR


Top news