"Dedi ki, nə Tərlan Əhmədov, nə də Roman Qriqorçuk söyüş söyüb"

"Dedi ki, nə Tərlan Əhmədov, nə də Roman Qriqorçuk söyüş söyüb"
19:42 8 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

Qriqorçuk "yox" dedi, başqasını tapdılar (08 İyun 2017 11:37)
Qurbanov irəlilədi, Qriqorçuk gerilədi (01 İyun 2017 17:07)
Tərlan Əhmədov istefaya göndərildi (24 May 2017 12:52)

Milli.Az report-a istinadən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin müsahibəsini təqdim edir.

- Premyer Liqanın son turundakı hakim idarəçiliyini necə qiymətləndirirsiniz?

- Son illərdə, indiki AFFA rəhbərliyinin vaxtında hansı komandaların neçənci yerə layiq olması özünü avrokuboklarda göstərir. Son 6-7 ildə klublarımız Çempionlar Liqası və Avropa Liqasında mərhələlər adlamaqla, azarkeşlərini sevindirib. Bu da ölkə çempionatının ədalətli keçməsindən xəbər verir. Elə fikirləşməyin ki, mən çempionatı keçirən qurumun rəhbəri kimi öz işimi tərifləyirəm. Xeyr. Demək istəyirəm ki, bizim hakimlər düz yoldadırlar. Rövnəq Abdullayevin dediyi kimi, azacıq şübhəli oyun idarə edən hakimlərlə işləmirik. Bugünkü hakimlərin demək olar ki, 95 faizi gəncdir. Səhvə yol verə bilərlər və klublarımız da bunu çox gözəl başa düşürlər. Əsas odur ki, klublar hər hansı qərəzə məruz qalmasın. Bizim çempionatda isə qərəzdən söhbət gedə bilməz.

- Konkret olaraq, "Neftçi" - "İnter" oyunundakı idarəçilik, yanlış penalti ilə bağlı nə deyə bilərsiniz?

- Baş hakim Rəvan Həmzəzadə həmin epizoda istənilən qədər yaxın deyildi. Çünki uzun ötürmə olmuşdu. Gənc referi ilk olaraq, cərimə zərbəsi təyin etdi. Qarşı tərəfin oyunçularının penalti istəməsi, onun köməkçilərin yardımına ehtiyac duymasına səbəb oldu. Orada bir söz işlənir "içəri, ya çöl". Nəticədə bu, sırf baş hakimin qərarı olmadı. Orada nə Rəhim Həsənovun, nə də Elman Musayevin qərarı olub. Digər qapının arxasında olan Rauf Cabbarov deyib. Hakimlərin iclasında oldum və bütün sualları verdim. Elman Musayev deyir: "Mən iki yerə baxdığım üçün həmin an qərar verə bilmədim və susdum". Yəni "İçəri" sözünü Cabbarov deyib. Cabbarov deyir: "Mən bilsəydim ki, söhbət penaltidən gedir, müdaxilə etməzdim". Bunu da qərəz adlandırmayaq.

- Səhv varsa, cəza da olmalıdır...

- Cəzanı Xaqani Məmmədov verir, mən yox.

- "İnter"in kapitanı Nizami Hacıyev "Neftçi" ilə oyundan sonra etirazını bildirmişdi. "İnter"ə qarşı qərəz olduğunu demişdi...

- Azərbaycan çempionatı reytinqcə get-gedə irəliləyir. Bu reytinqi nə Elxan Məmmədov, nə də Ramin Musayev hesablayır. Bu reytinqi hesablayan qurum var. Çempionatımızın da, millimizin də səviyyəsi artır. Nizaminin dedikləri onun oyunsonrası çılğınlığından irəli gəlir. Məğlubiyyəti sevməyən futbolçudan xoşum gəlir. Məğlubiyyətlə razılaşmadığı və qapılarında olmayan penalti gördüyü üçün belə deyir. Ancaq Nizami Hacıyevin sözü ilə bizim çempionatımızın aşağı səviyyədə olmasını demək olmaz. Artıq Azərbaycan Prezidenti İlham Əliyev  qiymət verdi. "Biz indi milli komandamızla fəxr edirik" dedi. Bu sözü eşitmək üçün biz dəridən-qabıqdan çıxmışıq. Bizim istirahətimiz yoxdur, nə vaxt gəlsəniz, işdəyik. Çalışacağıq ki, sona qədər də futbolumuzu qaldıraq. Axı futbol bütün idman növlərinin şahıdır.

- AZAL - "Qəbələ" oyununda iki komandanın baş məşqçiləri Tərlan Əhmədovla Roman Qriqorçuk arasında baş verən qalmaqalla bağlı nə deyə bilərsiniz? 

- Bizim hakimimiz orada olub. Hakimlərin iclasında bu məsələ müzakirə olundu. Dördüncü hakim Namiq Hüseynovdan soruşdum. Dedi ki, nə Tərlan Əhmədov, nə də Roman Qriqorçuk söyüş söyüb. Ona inanıram və düzlüyünə özüm kimi əminəm. O bildirdi ki, Qriqorçuk yerdə olan futbolçusuna olan hərəkətə görə öz etirazını bildidir. İkinci dəfə texniki zona qaydasını pozur. "Qəbələ"nin baş məşqçisi rəqib həmkarına bildirib ki, oyunçun yerdə olan futbolçumu niyə vurur? Hər bir baş məşqçi futbolçusuna övladı kimi baxır. Mənim də işçimə qarşı haqsızlıq etsə, mən də dinlənərəm. Qriqorçuku hamımız tanıyırıq. Avropa Liqasındakı son oyunda o adama qarşı haqsızlıqlar olub və hələ də tam özünə gəlməyib. AZAL-ın oyunçusunun o hərəkəti düzgün deyildi. İlqar Ələkbərova bəraət qazandırmıram, cəzalanmalıdır. Çünki AZAL-ın futbolçusu Kamal Mirzəyev "Qəbələ"nin üzvü Filip Ozobiçə qarşı qeyri-idman hərəkəti edib. Bundan sonra da Ələkbərov meydandan kənarda uzanmış futbolçuya bu cür hərəkət edir və bu da yolverilməzdir. Cəza olmalıdır. Epizoda baxırdım. Həmin an baş hakim baş məşqçi ilə dialoqda olduğu üçün bunu görməyib.

- Ümumumiyyətlə Premyer Liqada hakimliyin səviyyəsini necə qiymətləndirirsiniz?

- Təkcə özümüzə baxanda narazıyam. Amma Rusiya, Türkiyə, Avropa və digər çempionatlara baxanda bizim hakimlərə çox şükür.

- "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı çıxışlarını necə dəyərləndirirsiniz?

- "Qarabağ" bir daha Azərbaycan futbolsevərlərini sevindirdi. Bizim komandalarda belə bir tendensiya yaranıb. Məsələn, mən "Qarabağ"ın oyununda "Sumqayıt" rəhbərliyi, sponsorlarının, məşqçi heyətinin necə sevindiyini gördüm. "Qarabağ"ın qolunda onların sevinməsi, bir-birlərini qucaqlaması, təbrik etməsi gözümün qarşısında olub. Artıq Avropada olan komanda tək həmin klub rəhbərliyinin deyil, hamımızın komandası olur. "Qəbələ"nin oyunundan sonra çox pis oldum. Oyundan sonra hakim-inspektora etirazımı bildirdim ki, belə hakimlik olmaz. Biz də hakimlər göndəririk, amma belə olmaz. "Qəbələ"nin oyununda rəqib futbolçunun Sergey Zenyovu saxlaması epizodu var. Zenyov peşəkar futbolçudur və davam edə bilərdi. Ancaq o, gözəl bilirdi ki, həmin epizod qırmızı vərəqəlikdir. Bilərəkdən dayandı ki, rəqib "qırmızı" alsın və azlıqda qalsın, sonra "Qəbələ" rahat oynasın. Ancaq hakim "Sent-Etyen"in futbolçusunu qovmadı. Həmçinin "Qəbələ"nin qapısına vurulan birinci qol... Oyunçuları ruhdan saldılar. Allah onlara lənət eləsin! Hər bir komanda bizimdir və onların müsbət addımları Azərbaycan çempionatına müsbət imic qazandırır. 95 faiz əminəm ki, "Qarabağ" mərhələ keçəcək və bizi sevindirəcək.

- Noyabrın 11-də Azərbaycan millisi Belfastda Şimali İrlandiya ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsünüz?

- Milli komandamızın oyunçuları harada oynayır? 90 faizi öz çempionatımızda. Heç kəs inanmırdı ki, Azərbayca Norveçə qalib gələ bilər. Ancaq mən inanırdım və deyirdim. Çünki orada oynayan futbolçuları yaxşı tanıyıram. Baş məşqçinin futbolçularla qurduğu ünsiyyətdən çox şey asılıdır. Baş məşqçi komandirdir və bu da müharibədir. Əsgər komandirə görə özünü güllə qabağına atmırsa, deməli, o, komandir deyil. Baş məşqçiyə görə futbolçu başını topun qabağına qoymursa, demək, o, baş məşqçi deyil. Baxmayaraq ki, Robert Prosineçki başqa dildə danışır, tərcüməçidən istifadə edir. Artıq o, futbolçuların ürəyində yer tapıb. Əksəriyyət öz çempionatımızda oynayır və öz dövlətimizə, bayrağımıza görə, canından keçirlər. İnanıram ki, bu oyunda da bizi sevindirəcəklər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Meymunun rəqsi sosial şəbəkədə paylaşım rekordu qırdı - VİDEO

23 İyun 2017 23:28

İlanı burnundan salıb ağzından çıxartdı - VİDEO

23 İyun 2017 23:27

Qum prosedurları sağaldır və arıqladır

23 İyun 2017 23:27

Ağ Ev: "Trampla Putinin Hanburqda görüşəcəyi istisna edilmir"

23 İyun 2017 23:22

Məşhur simalar bir arada - FOTO

23 İyun 2017 23:22

Sizcə, bunlar nədir? - FOTO

23 İyun 2017 23:12

Silvestr Stallonenin qızı fenomen oldu - FOTO

23 İyun 2017 23:12

İlan sancması zamanı görülməli vacib tədbirlər

23 İyun 2017 23:12

Ağ Ev: Putinlə Trampın görüşü istisna edilmir

23 İyun 2017 23:07

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

23 İyun 2017 23:05

17 yaşlı qız sirkə turşusundan zəhərləndi - Daşkəsəndə

23 İyun 2017 23:04

“Stress çarxı”ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - “MİNİ OXATAN” - FOTOLAR

23 İyun 2017 23:03

Fransa millisinin keçmiş üzvü “Qəbələ”də

23 İyun 2017 22:59

Xoşbəxtliyin əsas səbəblərindən biri

23 İyun 2017 22:57

İlan itini sancmasın deyə özünü fəda etdi

23 İyun 2017 22:57

Fransa yığmasının sabiq futbolçusu "Qəbələ"də -

23 İyun 2017 22:57

Bakıda Siyasi Psixologiya Mərkəzində yaradıcılığın psixologiyası ilə bağlı təlim keçirilib (FOTO)

23 İyun 2017 22:55

Bu adam 32 dildə danışır

23 İyun 2017 22:52

Yeni doğulmuş körpənin dərisində ləkələr varsa... - DÜZGÜN QULLUQ QAYDALARI

23 İyun 2017 22:47

Hidrokolonoterapiya nədir?

23 İyun 2017 22:47

Mingəçevirdə iki yaşlı körpə dərmandan zəhərlənib

23 İyun 2017 22:47

İŞİD-i maliyyələşdirən şəxs öldürüldü

23 İyun 2017 22:47

Boksçumuz Avropa çempionatının FİNALINDA

23 İyun 2017 22:43

Yetkinlik dövründə edilən bu səhv görün nə ilə nəticələnir?

23 İyun 2017 22:42

DƏHŞƏT: Bakıda SÜRƏT QATARI piyada qızı vurdu - HƏMİN ANIN VİDEOSU

23 İyun 2017 22:42

Anasını ilk dəfə görən uşaq hər kəsi təsirləndirdi - VİDEO

23 İyun 2017 22:42

Gədəbəydə inək sahibini vurdu

23 İyun 2017 22:39

6 aylıq körpəsini öldürdü - 12 il idi uşağı olmurdu - FOTO

23 İyun 2017 22:37

Tarkanın konsertindən İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

23 İyun 2017 22:33

Uşaq kosmetikası: Bu vasitələrin istifadəsi nə dərəcədə düzgündür? - VİDEO

23 İyun 2017 22:32

Möcüzəvi sənət işləri - FOTO

23 İyun 2017 22:32

Mingəçevirdə məcburi köçkünlər arasında kütləvi dava olub: xəsarət alanlar var

23 İyun 2017 22:27

DƏHŞƏT: Bakıda SÜRƏT QATARI piyada qızı vurdu

23 İyun 2017 22:27

Mənzil üçün müraciət edən jurnalistlərin sayı açıqlandı

23 İyun 2017 22:23

Sinəsini böyüdən TÜRKİYƏLİ ULDUZLAR - FOTO

23 İyun 2017 22:17

Pişiklər sahibinin səsini tanıyır

23 İyun 2017 22:12

Ayaqqabıları bir ölçü böyütməyin sadə üsulu - FOTO

23 İyun 2017 22:12

Milyarderi ayağına gətirən, adını dəfələrlə dəyişən, dünyada "at oynadan" qadın - FOTO

23 İyun 2017 22:12

Azərbaycan neftinin son qiyməti - Cüzi ucuzlaşıb

23 İyun 2017 22:08

Pakistanın şimal-qərbində partlayışlarda ölənlərin sayı 25-ə çatıb

23 İyun 2017 22:08

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşü maraqlı anlarla yadda qalıb

23 İyun 2017 22:07

Qarpız üçün bazara gedənlərin nəzərinə: EHTİYATLI OLUN! - VİDEO

23 İyun 2017 22:05

İnək qadına xəsarət yetirib

23 İyun 2017 22:05

Bakıda təhlükəli anlar - VİDEO

23 İyun 2017 22:05

Təcili yardım maşını qəza törətdi - sürücü yaralandı

23 İyun 2017 21:59

Çimərlik aşiqləri üçün - Dünyanın ən mavi yerləri - FOTO

23 İyun 2017 21:57

Avropa çempionatı:

23 İyun 2017 21:57

Azərbaycanda dəhşətli mənzərə: su kanalına heyvan leşləri atılır - VİDEO

23 İyun 2017 21:52

Azərbaycan boksçusu Kamran Şahsuvarlı finala vəsiqə qazanıb

23 İyun 2017 21:47

Dünyanın ən qeyri-adi bulaqları - "Unitaz şəlaləsi, Qayıq Bulağı" - FOTO

23 İyun 2017 21:47