Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Date: 8 November 2016 20:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AK parti CHP sədri Kamal Kılıçdaroğlu ilə partiyanın Məclisinin üzvlərindən "prezidenti təhqir"ə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, AK partinin baş katibi Əbdülhəmid Gül Tvitter-də paylaşdığı açıqlamada bildirib ki, CHP Məclisi tərəfindən AKP-yə, prezidentə, millət və ölkəyə qarşı təhqir və yalanlardan ibarət bəyanatlar yayımlanır.

"CHP-nin bu cür bəyanatlarına qarşı AK parti olaraq Ankara Cumhuriyyət Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişik. CHP terror təşkilatlarının yanında, cumhuriyyətin və xalqın qarşısında dayandıqca bu millətdən lazımi cavabı almağa davam edəcək", - o söyləyib.

Qeyd edək ki, CHP noyabrın 6-da AKP və R. T. Ərdoğan əleyhinə bəyanat yayıb.

"FETÖ, PKK və İŞİD terror təşkilatlarına maliyyə yardımı göstərən Saray.. və AKP rəhbərləri, demokratiya və ölkəmizin əbədiliyinə qarşı ən böyük təhdiddir", - bəyanatda vurğulanıb.

Milli.Az


Tags:  Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

RƏYLƏR


Top news