Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəhid ailəsinin evi külə döndü - FOTO

Şəhid ailəsinin evi külə döndü - FOTO

Şəmkirdə 2 otaqlı ev külə döndü (21 Mart 2017 21:33)
Bu ailə 230 şəhid verib (20 Mart 2017 01:58)
Kürdəmirdə 4 otaqlı ev külə döndü (28 Fevral 2017 23:58)

Tarix: 8 Noyabr 2016 20:05

Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb.

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da, 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Teqlər:  Şəhid ailəsinin evi külə döndü FOTO



RƏYLƏR


Top xəbərlər