Azərbaycanda yeni bazarlar yaradılacaq

Azərbaycanda yeni bazarlar yaradılacaq
20:12 8 Noyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Azərbaycanda topdansatış və pərakəndə satış bazarları açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi Xaliq Məmmədov bildirib.

X.Məmmədov deyib: "Əsasnaməmiz bizə topdan və pərakəndə satış bazarlarını yaratmağa icazə verir. Biz bu imkandan istifadə edərək iri şəhərlərdə bazarlar açmaq və əhaliyə daha ucuz qiymətə məhsul təqdim etməyi planlaşdırırıq. Bu, əsasən, mövsümi və tez xarab olan məhsullara aiddir".

X.Məmmədov bu cür bazarların təşkil olunmasında Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsindən yararlanacaqlarını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR