Ansi Aqolli milliyə çağırıldı

Ansi Aqolli milliyə çağırıldı
20:12 8 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın daha bir futbolçusu Ansi Aqolli də milli komandasına çağırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Albaniyanın İsraillə qarşılaşma üçün açıqlanan 26 nəfərlik heyətinə kapitan kimi dəvət alıb.

Albanlar noyabrın 12-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsraili qəbul edəcəklər.
 
Qeyd edək ki, Aqolli "Qarabağ"dan millilərə çağırılan 12-ci oyunçu olub. Ağdam klubunun 8 üzvü Azərbaycanın əsas, 2 oyunçusu U-21 yığmasına çağırılıbsa, qapıçı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR