Saakaşviliyə gələn vəhy, Putinin Qarabağ planının SİRRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Saakaşviliyə gələn vəhy, Putinin Qarabağ planının SİRRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 8 Noyabr 2016
521 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç şübhəsiz ki, bu gün dünyanın gündəmində olan bir nömrəli mövzu ABŞ-dakı prezident seçkiləridir. Erməni KİV-i Moskvanın “Kazan düsturu” planının sirrini açıqlayıb. Gündəmin əsas mövzularından biri də Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasıdır. Monteneqronun baş naziri Milo Cukanoviç edilən sui-qəsd cəhdlə bağlı Rusiyaya qarşı ciddi ittihamlar səslənir.

Putinin Qarabağı qaytarmaq planının İNANILMAZ SİRRİ

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Kazan düsturu” planının sirri ortaya çıxıb. Ermənistanın “lragir” saytı Moskvanın münaqişəni həll edərək bölgə ölkələrinin dəmir yolları şəbəkəsini birləşdirməyi planlaşdırdığını yazıb.

“Ermənistanda dəmiryolları şəbəkəsinə nəzarət Rusiyaya verilib. Rusiya Ermənistan, Türkiyə və Azərbaycanda da daxil olmaqla bölgənin dəmiryolları şəbəkəsini birləşdirməyi düşünür. Ehtimal ki, Moskva “Kazan düsturu” ilə Qarabağ münaqişəsini həll edərək, bunu reallaşdırmaq istəyib. Yəni, münaqişə həll olunmalı, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətləri düzəlməli, bundan sonra lazımı addımlar atılmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov da oktyabrın 14-də İrəvanda bildirdi ki, Türkiyə ilə sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”, - deyə sayt yazıb.

Qeyd edək ki, “Kazan düsturu” 2010-cu ildə həmin vaxt Rusiyanın prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən prezidentlərin Kazan görüşündən sonra gündəmə gəlib. Bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur. Bölgəyə sülhməramlılar yerləşdirilir. Ən sonda Qarabağın yekun statusu məsələsi həll olunur.

ABŞ prezidentini seçir: Klinton favorit, Tramp sürpriz

Bu gün dünyanın ən güclü dövləti – ABŞ-ı ən azından dörd il idarə edəcək yeni şəxsin kimliyinə aydınlıq gələcək. Lakindemokratların namizədi Hillari Klinton həm anketlərdə, həm də bukmeker kontorlarında rəqibi respublikaçı Donald Trampdan öndədir.

ABŞ prezidentini seçir: Klinton favorit, Tramp sürpriz

Bu gün dünyanın ən güclü dövləti – ABŞ-ı ən azından dörd il idarə edəcək yeni şəxsin kimliyinə aydınlıq gələcək.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu-Hempşir ştatının üç şəhərində keçirilən seçkilərin nəticəsinə görə liderlik edir. Tramp Diksvill Notç, Harts-Lokeyşen və Milsfildən 32 səs toplayıb. Demokratların namizədi Hillari Klinton 25 səs qazanıb.

Nyu-Hempşir ştatını demokratların “təhlükəsizlik divarı” adlandırırlar. Onlar son altı prezident seçkisinin beşində ştatda qalib gəlib. Tək istisna respublikaçı Corc Buş təşkil edib. O, 2000-ci ildə ştatda qalib gəlib.

Vəhy, yoxsa təcrübə? - Saakaşvilinin “batan gəmi”dən tullanmasının SƏBƏBLƏRİ

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili dünən istefa verdi. O, keçirdiyi mətbuat konfransında bildirdi ki, onu Ukraynada olduğu kimi heç vaxt aldatmayıblar.

Saakaşvili prezident Pyotr Poroşenkoya hücum edərək “mübarizənin yeni mərhələsi”nə söz verdi.

Gürcüstanın keçmiş prezidentinin istefası ilə bağlı müxtəlif səbəblər göstərilir. Səbəblərdən biri kimi oktyabrın əvvəlində Gürcüstanda keçirilən parlament seçkiləri göstərilir. Belə ki, əgər Saakaşvilinin partiyası – “Vahid Milli Hərəkat” seçkiləri udsaydı, o, vətənə qayıtmağa ümid edə bilərdi. Amma bu baş vermədi. Saakaşvilinin partiyasi yalnız uduzmadı, həm də partiyada parçalanma baş verdi. Partiyadakı qruplardan biri bildirdi ki, partiya lideri başqa ölkədə vəzifə tutan və başqa ölkənin vətəndaşı olmamalıdır. Qeyd edək ki, Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb.

“Saakaşvili qubernator vəzifəsindən istefa edərək partiya daxilində öz şəxsi statusunu saxlamaq istəyir. Gürcüstanda müxalifətin formal lideri olmaq onun üçün daha əhəmiyyətlidir”, – gürcü politoloqu Vaxtanq Maisaya hesab edir.

Daha bir səbəb Saakaşvilinin tərəfdarları - “islahatçıların gürcü komandası”nın Ukrayna hakimiyyətindən tədricən gedişi göstərilir. Son olaraq Odessa vilayətinin polis rəisi Georgi Lordkipanidze istefa verdi. Ona qarşı korrupsiya ittihamları səslənirdi. Nəticədə, qubernator təsirini itirirdi. Maisaya hesab edir ki, vəzifə Saakaşvili üçün tədricən mənasını itirirdi.

Üçüncü səbəb isə Rusiyanın “lenta.ru” saytı tərəfindən irəli sürülüb.

Vəhy, yoxsa təcrübə? - Saakaşvilinin “batan gəmi”dən tullanmasının SƏBƏBLƏRİ

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili dünən istefa verdi. O, keçirdiyi mətbuat konfransında bildirdi ki, onu Ukraynada olduğu kimi heç vaxt aldatmayıblar.

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefa qərarını şərh edib.Prezident istefa və müxalifətə keçid haqqında Saakaşvilinin qərarının demokratik dövlətdə reallaşdırıla biləcəyini deyib.

“Biz demokratik dövlətik və o, müxalifət cəbhəsində siyasi kampaniyaya başlamağa qərar verib. Ümid edirəm ki, əgər Saakaşvili siyasi fəaliyyətlə məşğul olmağa qərar veribsə, sabah hökumət onun istefa haqqında qərarını dəstəkləyəcək”, - deyə Poroşenko Sloveniya prezidenti Borut Pahor ilə danışıqlardan sonra deyib.

Mixail Saakaşvilinin vəzifəsindən çıxardılması haqqında fərman çərşənbə günü Pyotr Poroşenko tərəfindən imzalanması üçün hazır olacaq.Buhaqda prezident administrasiyasındakı mənbələrə istinadən “Qromadsk TV”nin saytı bildirib.

Saytın yazdığına görə, qubernator öz öhdəliklərini yerinə yetirmədiyi üçün onun istefası hələ yayda hazırlanırdı. Lakin onun vəzifəsindən uzaqlaşdırılması təxirə salınıb.

Ankara NATO-ya arxa çevirdi: Putinlə-Ərdoğan...

Həm Türkiyənin, həm də Rusiyanın Qərblər münasibətlərinin pisləşdiyi bir dövrdə Ankara-Moskva xəttində yaxınlaşma davam edir.

Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi məsələləri üzrə katibi İsmayıl Dəmirin sözlərinə görə, Ankara bütün əlaqədar ölkələrlə, həmçinin Rusiya ilə raket əleyhinə müdafiə sisteminin milli layihəsinin yaradılması üzrə mümkün əməkdaşlığı müzakirə etməyə hazırdır.

“Türkiyə Rusiya da daxil olmaqla bütün tərəflərlə raket əleyhinə müdafiə sisteminin milli layihəsinin yaradılması üzrə müzakirələr aparmaq niyyətindədir”, - deyə o, Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“İnterfaks” xəbər agentliyinə danışan Rusiyanın Federal Hərbi və Texniki Əməkdaşlıq Dairəsinin başçısı Aleksandr Fomin isə bildirib ki, Moskva və Ankara ilin sonuna kimi hərbi-texniki əməkdaşlıq mövzusunda hökümətlərarası komissiya yaradacaq. O, komissiyanın gündəm mövzusunun raket əleyhinə müdafiə sistemi olacağını deyib.

Daha əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, Rusiya və Türkiyə raket əleyhinə müdafiə sisteminin milli layihəsinin yaradılması üzrə mümkün əməkdaşlığının detallarını işləyəcək. Bu məsələ oktyabrın 10-da Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı görüşündə müzakirə edilib.

Türkiyədə raket əleyhinə milli sistem üçün komponentlərin alınması tenderi 2009-cu ildə elan edilib. Tenderin dəyəri 4 milyard dollar müəyyən edilmişdi. 2013-cü ilin sentyabrında 3,4 milyard dollar qiymət təklif edən Çinin CPMIEC şirkəti qalib elan edilib. Çin şirkətindən başqa, öz təkliflərini Amerikanın “Raytheon & Lockheed Martin” konsorsiumu, Rusiyanın “Rosoboroneksport” və “Eurocam” (Fransa-İtaliya konserni) irəli sürüblər.

Ancaq tərəflər layihədə Türkiyənin iştirakının dərəcəsi ilə bağlı son razılığa gələ bilməyib. Bundan başqa, Çinin qələbəsi Türkiyənin NATO üzrə müttəfiqləri tərəfindən narazılıqla qarşılandı. Nəticədə, 2015-ci ilin noyabrında Türkiyə tenderi rəsmən ləğv edib.

“Canavarlar” Putinin müharibəsinə qoşuldu – “CUKANOVİÇ İŞİ”

Oktyabrın 16-da Monteneqronun baş naziri Milo Cukanoviç edilən sui-qəsd cəhdi ilə bağlı qalmaqal böyüyür.

Sui-qəsd cəhdini araşdırmaq üçün təyin olunan xüsusi prokuror Milivoe Katniç baş nazirin ölüm fərmanının rus millətçiləri tərəfindən verildiyini deyib: “Rus millətçiləri cinayətkar qrup yaradıblar. Məqsəd 16 oktyabrda baş nazirə sui-qəsd etmək olub”.

Keçirilən əməliyyat nəticəsində 50-ə qədər şəxs saxlanılıb. Saxlanılanların arasında Monteneqro və Serbiya vətəndaşları ilə yanaşı, Rusiya vətəndaşlarının da olması nəzərləri Kremlə doğru yönəltdi. Monteneqro hökuməti də bəyan etdi ki, baş naziri rus millətçiləri öldürmək istəyib. Doğrudur, sonradan Kreml bunu təkzib etdi. Monteneqro hökuməti də Rusiya ilə münasibətlərin yaxşı olduğunu, Moskvadan şübhələnmədiklərini bildirdi. Lakin burada məsələ Moskva yox, rus amilidir. Yəni baş nazirin ölüm fərmanında Rusiya izi var, amma bunun Rusiya dövlətinin olduğunu demək hələlik tezdir.

“Canavarlar” Putinin müharibəsinə qoşuldu – “CUKANOVİÇ İŞİ”

Oktyabrın 16-da Monteneqronun baş naziri Milo Cukanoviç sui-qəsd cəhdi olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR