Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" Brumanın qiymətini açıqladı - Fantastik qiymət

"Qalatasaray" Brumanın qiymətini açıqladı -   Fantastik qiymət

Date: 8 November 2016 20:17

"Qalatasaray" Brumanın dəyərini müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, İstanbul klubu portuqaliyalı futbolçuya 40 milyon avro qiymət qoyub.

Cari mövsümdə sərgilədiyi performansla diqqətləri üzərinə çəkən Brumanın Avropanın bəzi aparıcı klublarından təkliflər aldığı deyilir. 22 yaşlı futbolçunun "sarı-qırmızılılar"la 1,5 illik müqaviləsi qalıb. "Qalatasaray" onunla yeni müqavilə imzalamaq və anlaşmaya 40 milyon avroluq maddə salmaq niyyətindədi. Yeni müqavilə imzalanacağı təqdirdə Brumanın maaşı 2 dəfə artacaq.

Qeyd edək ki, Bruma 2013-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Qalatasaray"a transfer olub. O, icarə əsasında Türkiyənin "Qaziantepspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib.

Fanat.Az

Tags:  Qalatasaray Brumanın qiymətini açıqladı Fantastik qiymət

RƏYLƏR


Top news