"Yuventus"a keçəcəm, sadəcə, dəqiq vaxtı bilmirəm"

"Yuventus"a keçəcəm, sadəcə, dəqiq vaxtı bilmirəm"
20:17 8 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

"Zenit"in yarımmüdafiəçisi Aksel Vitsel gec-tez "Yuventus"da oynamaq fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu bunları deyib:

"Yuventus" kimi klubun məni transfer etmək istəyindən əl çəkmədiyini eşitmək həmişə xoşdur. İndi özümə sual verirəm ki, bu hadisə yanvar, yoxsa iyulda baş verəcək. "Yuventus"a keçəcəm. Sadəcə, dəqiq vaxtı bilmirəm".

Vitselin "piterlilər"lə müqaviləsi 2017-ci ildə başa çatır. "Zenit" ötən yay Turin klubunun 18 milyon avroluq təklifini rədd etmişdi. Mətbuatın yazdığına görə "Qoca senyora" bu qış sözügedən havbekə görə 5 milyon avro ödəmək, yaxud onun yayda azad agent kimi transferini reallaşdırmaq barədə düşünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR