Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Noyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Noyabr
20:39 8 Noyabr 2016
138 Digər
Ölkə mətbuatı
A- A+

“Tramp seçilsə belə, heç nə dəyişməyəcək, çünki ABŞ-ı fərdlər deyil, sistem idarə edir” anlayışı bir neçə il əvvəl qəbul olunan idi. Amma ortada Brexit nümunəsi var, hər kəsin siyasi avantüra hesab etdiyi bu referendumun Avropa İttifaqı kimi bir bloku hansı vəziyyətə gətirib çıxardığı göz qabağındadır. Trampın Ağ Evə köçməsinin hansı nəticələr verəcəyini düşünmək belə çətindir. Onun təkcə xarici siyasətlə bağlı ideyalarının 10 faizi gerçəkləşsə, dünyanın təhlükəsizlik sistemi kökündən laxlamış olacaq. Bir anlığa ABŞ-ın NATO-dan çıxdığını təsəvvür etsək, kifayətdir. “Bu qədər də olmaz” deyənlər bir gerçəkliyi qəbul etməlidir - ötən illər ərzində təkcə Rusiya, Avropa, Yaxın Şərq cəmiyyətləri deyil, elə ABŞ cəmiyyəti də köklü dəyişikliyə məruz qalıb. Bu dəyişiklərin səbəbi qloballaşma, texnologiyaların sürətli inkişafı və nə qədər qəribə görünsə də, din faktorudur. Yenə nə qədər qəribə görünsə də, ABŞ-da seçkilərin taleyini həll edə biləcək amillərdən biri yenə məzhəb faktoru olacaq. Bu gün bir qrup amerikalı seçicinin nəzərlərində Trampın Hillari Klintona qalib gəlməsi həm də yevangelistin metodistə qalib gəlməsi deməkdir, yaxud əksinə. Seçkilərdə kimin qalib gələcəyini bilməyə saatlar qalıb, amma ortada bir reallıq var - Tramp bu seçkidə qalib gəlməsə belə, növbəti seçkilərdə Tramp düşüncəli kiminsə qalib gələcəyi qaçılmaz olacaq. Çünki ABŞ cəmiyyəti yeniliyə köklənib, bu yenilik sonda ona zərər gətirsə belə...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR