Şamaxıda TƏHLÜKƏ - Sürüşmə evlərə doğru hərkət edir - VİDEO - FOTO

Şamaxıda TƏHLÜKƏ - Sürüşmə evlərə doğru hərkət edir - VİDEO - FOTO
21:05 8 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

ARB Şəki xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Hüseyn Cavid küçəsində torpaq dərəyə doğru sürüşərək evlər üçün ciddi təhlükə yaradıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, sürüşmə son bir həftədir ki, dayanmadan davam edir. 3 evin təhlükədə olduğu bildirilir. Torpaq qatı sürüşərək dərəyə doğru istiqamət alıb. Yaxınlıqdakı bir evin həyətyanı sahəsi uçqun nəticəsində tamamilə dağılıb. Həyətyanı sahə artıq istifadəyə yararsız vəziyyətə düşüb. Uçquna məruz qalmış torpaq qatının altından qrunt suları çıxır. Hər gecə yaşanan torpaq uçqunu aktivliyini qoryur. Torpaq sürşməsinin baş verdiyi ərazidə eni 30 sm, uzunu isə 50-60 sm olan yarğanlar var. Artıq sürüşmə evlərə doğru hərkət edir.

Ev sahibi Rafiq Abıyevin sözlərinə görə isə indiyədək bu ərazidə sürüşmə baş verməyib: "1967-ci ildən burada yaşayıram. Gündəlik burada sürüşmə davam edir. Hələ belə sürüşmə görməmişəm. Çox qorxuludur".

Elə ilk dəfə yaşanan bu hadisə hər kəsin böyük narahatlığına səbəb olub. Ev sahibləri gecəni evlərində qala bilmədiklərini deyirlər. Sürüşmə son iki gündə dayanmadan artır. Artıq evlərdə də çatlar yaranıb. Bu səbəbdən evlərin ciddi ziyan çəkəcəyi də bildirilir. Mövcud problemlə bağlı sakinlər lazımi qurumlara da məlumat veriblər.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/487611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR