Baş ağrılarından təbii üsullarla qurtulun

Baş ağrılarından təbii üsullarla qurtulun
21:06 8 Noyabr 2016
344 Şou
Ölkə mətbuatı
A- A+

Əksər insanların tez-tez üzləşdiyi baş ağrılarının aradan götürülməsi üçün müxtəlif dərmanlardan istifadə olunur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, orqanizmə mənfi təsir göstərən bu dərmanları təbii üsullarla əvəz etmək mümkündür. Yüngül baş ağrılarını götürəcək üsulları təqdim edirik:

1. Limon aromaterapiya xüsusiyyəti ilə seçilir. Kəsilmiş limonu əlinizdə ovuşdurub üzünüzə və alnınıza sürtün.

2. Baş ağrılarının müəyyən səbəblərindən biri də stressdir. Stress yaşadığımız zaman əzələlərimiz sərtləşir və boyun ağrısıyla başlayıb baş ağrısına çevirə bilir. Boynunuzu və çiyininizi hərəkət etdirərək kiçik məşqləri edin. Oturduğunuz yerin rahat olmasına fikir verin.

3. Stressə bağlı olaraq yaşadığınız baş ağrılarında yastığınıza bir neçə damcı lavanda yağı vurub yata bilərsiniz.

4. Başınız ağrıdıqda təzyiq tətbiq edərək ağrını keçirə biləcəyiniz nöqtələr var. Bu nöqtə baş barmağınız və işarə barmağınızın arasında qalan oynaq nöqtələridir. Bu nöqtəni yüngülcə sıxıb yumru hərəkətlər halında təzyiq edin.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR