Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəniz duzunun faydaları

Dəniz duzunun faydaları

Date: 8 November 2016 21:22

Xüsusi müəssisələrdə istehsal olunan bir duz növü olan dəniz duzu, 100% təbii üsullarla dəniz suyundan əldə edilir və duzun təbiiliyini dəyişdirən heç bir prosesdən keçmir. Beləliklə, natriumla birlikdə dəniz suyunda olan 84 mineral həmin duzu zənginləşdirir və bu sayədə dəniz duzunun tərkibinə digər duzlara görə daha çox mineral daxildir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yeməklərdə də istifadə edilməyə başlanan dəniz duzunu seçmək üçün sayıla biləcək bir çox səbəb var. Xüsusilə qış aylarında immun sisteminin daha da möhkəm olması üçün zəruri olan dəniz duzu əhəmiyyətli bir yerə sahibdir. Soyuqdəymə, qızdırma, allergiyalar və digər problemlər ilə mübarizə aparmaq üçün qüvvətli bir immunitet sisteminə malik olmaq lazımdır. Dəniz duzu birbaşa bakteriya və virusları məhv edir, qanın təmizlənməsinə yardımçı olur.
 
Dəniz duzunun digər bir faydası da diş sağlamlığıdır. Diş sağlamlığını artırmaq üçün faydalı olan florid ehtiva etməsi səbəbi ilə faydalıdır. Florid dişlərin turşudan qaynaqlanan zədələrdən qorunmasına köməkçi olur və çürüyün yaranmasını əngəlləyir. Dəniz duzu tərkibli su ilə nizamlı bir şəkildə qarqara etmək ağız yaralarına, dişətinin qanamasına, xoraya və boğaz ağrısına qarşı təsirli vasitədir.

Milli.Az


Tags:  Dəniz duzunun faydaları

RƏYLƏR


Top news