ABŞ-ın qərbində səsvermə başladı

ABŞ-ın qərbində səsvermə başladı
21:24 8 Noyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya və digər qərb ştatlarında seçki məntəqələri açılıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə 19.00-da Aydaho, Kaliforniya və Nevada ştatlarında səsvermə başlayıb. Səsvermə Alyaska ştatında 20.00-da, Havay adalarında isə 21.00-da başlayıb.

 

Qeyd edək ki, seçki məntəqələri ilk olaraq (Bakı vaxtı ilə noyabrın 9-na keçən gecə saat 03.00-da) Kentukki və İndiana ştatlarında bağlanacaq. Səsvermə Ohayoda Bakı vaxtı ilə gecə 03.30-da, Florida, Virciniya və digər mühüm ştatlarda – 04.00-da başa çatacaq. ABŞ-ın qərb hissəsindəki sonuncu seçki məntəqələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saat 08.00-da, Alyaskada isə 09.00-da bağlanacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR