Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çinin ən bahalı oteli: ultra dəbdəbə, qızıl vanna - FOTO

Çinin ən bahalı oteli: ultra dəbdəbə, qızıl vanna - FOTO

Date: 8 November 2016 21:37

"The Wanda Reign on the Bund" Çində ən bahalı otel sayılır.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Şanxay şəhərindəki bu 20 mərtəbəli oteldə art-deko ilə 1920-ci illərin ənənəvi Çin dizaynı birləşiblər.

7 ulduzlu bu otelin inşası 515 milyon dollara başa gəlib. Binanın layihə müəllifi Britaniyanın "Foster + Partners" bürosudur.

Xuanpu çayının sahilində yerləşmiş oteldə 5 restoran, nefrit mozaikalı döşəmələr, fransız baş aşpazın çalışdığı "Marc" restoranı, "Universe KTV" adlı karaoke zalı var.

20-ci mərtəbədəki prezident nömrəsinin sahəsi 320 kvadrat metrdir. Bu nömrədə qızıl vanna da var.

Milli.Az












Tags:  Çinin bahalı oteli ultra dəbdəbə qızıl vanna FOTO


RƏYLƏR


Top news