Erməni hüquq müdafiəçiləri Bakıda prezidentlərə müraciət etdilər – MƏTN

Erməni hüquq müdafiəçiləri Bakıda prezidentlərə müraciət etdilər – MƏTN
21:38 8 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda hüquq müdafiəçiləri döyüldü - FOTO (27 Aprel 2017 17:17)
Bakıda doğulan erməni beynəlxalq axtarışa verildi (25 Mart 2017 11:05)
Bakıda doğulan erməni beynəlxalq axtarışa verildi (25 Mart 2017 10:38)

"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

Publika.az AzVision.az-a istinadən müraciətin mətnini təqdim edir:

Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyana

Erməni xalqına

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan xalqına

8 Noyabr 2016 il

Bakı şəhəri

Müraciət

- Biz Azərbaycan və erməni xalqının nümayəndələri ürək ağrısı ilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas problemləri və həll yollarını müzakirə etmək üçün bir yerə toplaşmışıq. On minlərlə həmyerlimizin qətli, yüz minlərlə qaçqın və məcburi köçkünü yaranması ilə nəticələnən bu münaqişə artıq 25 ildən artıqdır ki, davam edir. Ona görə də biz vətəndaşlıq borcundan irəli gələrək sizə müraciət edirik.

SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyar çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri mümkündür.

Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya müharibə şəkillərini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc azərbaycanlı və erməni əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır. Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi riskin amilinin ballistik raketlərə qədər artması müharibənin təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi.

Ermənistan və Azərbaycan xalqı artıq uzun müddət davam edən bu münaqişədən beziblər və yeni itkilər vermək istəmirlər. Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək biz bildiririk:

- Cəsarət və müdriklik göstərin, keçmişin əsiri olmayın, gələcəyə baxın və müharibənin faciəvi nəticələrindən dərs götürün;

- Münaqişənin qısa vaxtda dinc yolla həlli üçün substantiv və nəticəyə hədəflənmiş danışıqarı sürətləndirmək, danışıqların imitasiyasına son qoymaq. Münaqişənin tezliklə həlli nəyinki Dağlıq Qarabağın, hətta bütün Ermənistan və regionun iqtisadi inkişafına təkan verəcək ki, bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir;

- ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və davamlı olmadığını bəyan etkiləri status-kvonu dəyişmək;

- İndiki status-kvonun fundamental əsası olan işğal faktının aradan qaldırılması və qoşunların işğal olunan ərazilərdən çıxardılması ;

- Daxildə öz yaşayış yerlərini dəyişmiş şəxslərin təhlükəsiz və layiqli şəkildə öz daimi yaşayış məskənlərinə qayıtmalarını təmin etmək;

- Bu gün Azərbaycan tolerant, multikultural və inkişaf edən ölkədir. Burada yaşayan 30 min erməninin hüquqları heç bir şəkildə pozulmur, hətta davam edən münaqişəyə baxmayaraq, onlar diskriminasiyaya məruz qalmırlar. Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının dinc, təhlükəsiz birgəyaşayışı üçün heç bir problem yoxdur. Məhz buna görə azərbaycanlı və ermənilərin birgə yaşayışının guya etnik uyğunsuzluq səbəbindən mümkün olmaması haqda əsassız, irqçi fikirlər qəti şəkildə rədd edilməlidirlər;

- Bu kontekstdən baxanda, Azərbaycanın sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının hüquq və təhlükəsizliklərinə zəmanət verildiyi Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması haqqında bir qədər əvvəl səslənən təklifə həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətləri potensial və gerçəkləşməsi mümkün olan kompromiss kimi ciddi yanaşmalıdırlar;

- Azərbaycanla Ermənistan arasında BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq qurumların qətnamə və qərarlarına, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının uyğun qətnamələrinə, o cümlədən, beynəlxalq hüququn və suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı haqqında Helsinki Yekun Aktının prinsiplərinə uyğun gələn sivil münasibətlərin formalaşdırılması vacibdir;

- Vətəndaş cəmiyyətləri arasında dialoqun davam etməsi üçün bu platformadan gələcəkdə də istifadə olunması konfliktin həllinə öz töhfəsini verə bilər.

Konfransın erməni tərəfdən iştirakçıları adından bəyanatı bu şəxslər imzalayıblar:

1. Vahe Avetyan – hüquq müdafiəçisi

2. Vaan Martirosyan – “Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri

3. Süzan Cahinyan – Jurnalist, “Meridian” hüquq-müdafiə təşkilatının vitse-prezidenti.

Azərbaycan tərəfindən isə bəyanatı Rövşən Rzayev (Dağlıq Qarabağın Azərbaycan İcmasının üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənova (“İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” ictimai birliyinin sədri) imzalayıblar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda müəllim işləyən arvadını döyərək öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

26 May 2017 10:07

Bakıda sürücünü qovan yol polisinin maşını qəzaya düşdü - VİDEO

26 May 2017 10:05

İdman zalında yaşlı qadının çılpaq şəklini çəkib, yaydı - FOTO

26 May 2017 10:05

Çində rüşvət almaqda ittiham edilən dövlət məmuru edam olunub

26 May 2017 10:02

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

26 May 2017 10:01

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

26 May 2017 09:57

"Barselona"nın transfer edəcəyi ilk ulduz

26 May 2017 09:57

​Sabahdan müqəddəs Ramazan ayı başlayır

26 May 2017 09:57

Qusarda 33 yaşlı ruhi xəstə özünü talvardan asdı

26 May 2017 09:55

Neftimiz ucuzlaşdı

26 May 2017 09:53

Nişanlısı ilə axşam gəzintisinə çıxan Fahriye Evcenin yaz stili – FOTOLAR

26 May 2017 09:53

Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK

26 May 2017 09:52

Dodaqlarınız çatlayır? Elə isə bunu edin

26 May 2017 09:48

Zaur Antalyada saxlanıldı, deportasiya edilir

26 May 2017 09:47

KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

26 May 2017 09:47

İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

26 May 2017 09:47

Bu həftə "V Element" Islamiadaya həsr olunacaq - VİDEO

26 May 2017 09:42

Azərbaycan nefti ucuzlaşdı

26 May 2017 09:42

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

26 May 2017 09:38

Güclü zəlzələ baş verib

26 May 2017 09:38

ABŞ-ın Qərbi Hollivud şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

26 May 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.05.2017)

26 May 2017 09:37

Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

26 May 2017 09:37

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

26 May 2017 09:37

"Məni 17 yaşım olanda qaçırtdılar", "Namusunu əvvəldən təmiz saxlayaydın da"....

26 May 2017 09:37

BNA-dan 81 saylı marşrut avtobusunun piyadanı vurmasına münasibət

26 May 2017 09:36

Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

26 May 2017 09:33

Dünya birjalarında qızıl bahalaşdı

26 May 2017 09:33

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2017)

26 May 2017 09:32

Mustafa Ceceli boşandı

26 May 2017 09:32

“Respublikası Günü” və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda rəsmi qəbul keçirilib (FOTO)

26 May 2017 09:29

Cəbhədən YENİ XƏBƏR

26 May 2017 09:27

Qızıl 2 dollaradək bahalaşdı

26 May 2017 09:27

Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq

26 May 2017 09:22

Millimiz Ukraynaya qarşı

26 May 2017 09:17

"Yuventus" hücumçusu ilə müqavilə yenilədi

26 May 2017 09:17

Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

26 May 2017 09:17

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 130 dəfə atəşə tutulub

26 May 2017 09:15

Bu günün TƏQVİMİ

26 May 2017 09:13

Cəbhədən xəbər var

26 May 2017 09:13

Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

26 May 2017 09:12

Unibankdan Respublika gününə xüsusi kredit kampaniyası

26 May 2017 09:08

Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

26 May 2017 09:07

Ermənistan silahlı bölmələri atəşkəsi 130 dəfə pozub

26 May 2017 09:07

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

26 May 2017 09:07

Təkrarsız El - FOTO

26 May 2017 09:05

“Aqrolizinq” nizamnamə kapitalını artırır

26 May 2017 08:57

Gilasın inanılmaz faydaları

26 May 2017 08:57

Cəmi 4 ay davam etdi - FOTO

26 May 2017 08:52

4 uşaq anasının bədəni təəccübləndirdi - FOTO

26 May 2017 08:52