Bakıda bu binanın nə qazı, nə işığı, nə də lifti var - VİDEO

Bakıda bu binanın nə qazı, nə işığı, nə də lifti var - VİDEO
21:42 8 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

15-ə yaxın ailə yeni tikilən yaşayış binasından mənzil aldıqdan sonra bir sıra problemlə qarşılaşıblar. Belə ki,binada tikinti tam başa çatmamış mənzillər vətəndaşlara satılıb. Tikinti şirkətindən sakinlərə binada lift, işıq, qaz olacağını desələrdə, üstündən xeyli müddət keçməsinə baxmayaraq bu məsələ həll edilməyib. Sakinlər isə məcbur olub. Özləri yaxın ərazidən binaya işıq və su xətləri çəkdiriblər. Elektrik naqillərinin açıq vəziyyətdə olması isə uşaqlar üçün təhlükə yaradır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, təzə bina olsada nə işiğı, nə qazı çəkilib, nədəki lifti hazırdır. Üstəlik bu vəziyyətdə sakinlərə satılıb.

5-6 ildir ki, 15 yaxın ailə problemlə üzləşib. Sohbət Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsində inşa edilən 17 mərtəbəli yaşayış binasından gedir. Belə ki,binanı inşa edən ''Elitra er'' şirkəti İşığı,qazı və lifti hazır olmamış mənzilləri sakinlərə satıb.Tikinti şirkəti tərəfindən sakinlərə bu problmlərin 2 aya həll ediləcəyi deyilib.Ancaq,üstündən xeyli müddət keçməsinə baxmayaraq vəziyyət eyni olaraq qalıb.

Sakinlər məcbur olub yaxın ərazidən binaya prmitiv qaydada işıq və su çəkdiriblər.Elektrik Naqillərinin açıq vəziyyətdə olması isə xüsusəndə uşaqlar üçün təhlükə yaradır.

Üstəlik binada lift yerləri qoyulsadə həmin hissələr açıq saxlaınılıb. Nə liftin qapısı var, nədəki təhlükəsizlik lenti.

Bu bina tam formada təhvil verilməmiş eyni şirkət tərəfindən yaxılıqda başqa bir binının tikintisi aparılır. Özüdə təhlükəsizlik qaydalarına əməl edilmədən. Həyətə olan sakinlərin təhlükəsizliyi üçün binanın ətrafında heç bir qoruyucu vasitələr quraşdırılmayıb.

Problemlə bağlı elə sakinlərlə birgə üz tutduq adı çəkilən tikinti şirkətinə. Nə üzümüzə qapını açan oldu , nədə zəngimizə cavab verən tapıldı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR