Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?

Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?
21:52 8 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına "ümmi-vələd" deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış.

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Qasim böyük şücaət sahibi idi. Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarını toplayıb, onlarla vidalaşdı, sabah özünün və Onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, hər kəsin düşərgəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasim əmisindən soruşdu: "Mən də öldürülənlərin arasında olacağammı?" İmam Hüseyn (ə) Qasimin sualına sualla cavab verdi: "Ölüm sənin üçün nə deməkdir?" Qasim buyurdu: "Baldan daha şirindir". Bu sual-cavab Qasimin Əhli-beyt xanədanına layiq bir övlad olduğunu bariz şəkildə göstərir. Qasimin öz əmisinə verdiyi sual qorxu üzündən deyildi; əgər belə olsaydı, ölümü baldan şirin qəbul etməzdi. O, narahat idi ki, şəhidlik səadəti yaşının azlığına görə ona şamil olmaz. Bu səadətdən mərum qalmadığını yəqinləşdirmək üçün İmama bu sualı vermişdi.

Aşura günündə İmamın bütün səhabələri və Əhli-beyt igidlərinin əksəriyyəti döyüş meydanına çıxıb şəhidlik şərbətini içdikdən sonra Qasim savaşmağa icazə istədi. Şəhidlər Sərvəri əvvəlcə ona izn vermədi. Qasim göz yaşları içində yalvarışını davam etdirdi, nəhayət, öz imamını qorumağa icazə aldı. Yezid qoşununda olanlar rəvayət edirdilər ki, döyüş meydanına həddi-büluğa çatmamış, üzü bədrlənmiş Ay kimi yaraşıqlı olan bir yeniyetmə çıxdı. Bədəninin ölçüsünə uyğun gələn zireh olmadığı üçün, döyüşə adi libasda, zirehsiz çıxmışdı. Hətta ayaqqabısının bir tayının bağı qırılmışdı. Bu yeniyetmə İmam Həsənin (ə) yadigarı Qasim idi. Qasim döyüş meydanına düçməni lərzəyə salan rəcəzlə (döyüş şeri) ilə girdi. Deyirlər ki, yaşının azlığına baxmayaraq, əsil igidlərə yaraşan şücaətlə vuruşmuş və xeyli adamı cəhənnəmə vasil etmişdi. Sonda arxadan vurulan bir xain zərbənin nəticəsində yerə yıxıldı. 200 nəfərdən artıq döyüşçü Qasimin ətrafını bürümüşdü. Onlardan biri xəncərini sıyırıb yaxına gəldi ki, Qasimin başını kəssin. Taqəti üzülmüş Qasim əmisini harayladı. İmam Hüseyn (ə) özünü meydana yetirəndə düşmən əsgərləri pərən-pərən oldular. Qasimin başını kəsmək istəyən cəllad İmamla savaşmağa cəhd göstərəndə, o həzrət bir zərbə ilə qolunu biləkdən üzdü. Həmin məlun öz tərəfdarlarının atlarının tapdağı altında qalıb cəhənnəmə vasil oldu.

İmam Hüseyn (ə) Qasimi bağrına basanda o, hələ sağ idi. Deyirlər ki, ağrının şiddətindən ayaqlarını yerə vururdu. Nəhayət, əmisinin qolları arasında ruhunu Allaha təslim etdi. İmam Hüseyn (ə) Qasimin cənazəsini çiyninə alıb xeymələrə sarı gətirdi, Əli Əkbərin nəşinin yanında yerə qoydu...

Qasim təziyə məclislərində, rövzə və şəbihlərdə ən çox xatırlanan obrazlardan biridir. Lakin təəssüf ki, onun tarixi simasına bəzi həqiqətdən uzaq çalarlar da əlavə ediblər. Yüz illərdir ki, Kərbəla çölündə İmam Hüseynin (ə) öz qızını Qasimə ərə verməsi, onlar üçün toy etməsi barədə rəvayətlər danışılır, hətta şəbihlərdə "Qasim otağı" (yəni Qasimin toy otağı) adlı bir element də meydana gəlib. İnsaflı və dəqiq araşdırmalar bu rəvayətin həqiqətdən uzaq olduğunu söyləməyə tam əsas verir.

Hər şeydən əvvəl bunu qeyd edək ki, aşağıdakı mötəbər mənbələrdə Qasim ibn Həsənin (ə) toy əhvalatı doğru sayılmayıb:

Şeyx Abbas Qumi. Müntəhal-amal.

Şeyx Hüseyn Nuri. Lölö vəl-mərcan.

Mürtəza Mütəhhəri. Həmaseyi-Hüseyni.

Şeyx Abdullah Maməqani. Tənqihül-məqal.

Mühəmməd Təqi Şüştəri. Qamusür-rical.

Şeyx Cəfər Şüştəri. Fəvaidül-məşahid və s. mənbələr.

Qasimin Kərbəla səhrasında toy edib İmam Hüseynin (ə) qızı ilə evləndiyini qeyd edən ilk mənbə Molla Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" kitabıdır. Aşura faciəsindən "Rövzətüş-şühəda"nın yazıldığı vaxta kimi keçən 800 il ərzində heç bir mötəbər əsərdə Qasimin toy əhvalatına rast gəlmirik. Kaşifiyə və onun "Rövzətüş-şühəda" əsərinə gəlincə, həm müəllifə, həm də əsərə qarşı şiə alimləri tərəfindən çoxlu etirazlar edilmişdir. Məsələn, Şeyx Hüseyn Nuri və Şəhid Mütəhhəri öz kitablarında Kaşifinin şəxsiyyətini və adı çəkilən əsərdə yol verdiyi xətaları ciddi tənqidə məruz qoymuşlar.

İkincisi, bəzi məntiqi dəlillər də bu əhvalatı şübhə altına salmağa əsas verir. Dediyimiz kimi, aşura faciəsi zamanı Qasim hələ yetkinlik yaşına çatmamışdı. Hətta onun əyninə zireh tapılmırdı. Həddi-büluğa çatmamış bir oğlanın evlənməsi inandırıcı görünmür. Üstəlik, aşura günü bütün hadisələrin döyüş və şəhadət məhvərində dolandığı bir zamanda, yaxınlarını itirən və ölümlə üz-üzə duran İmam Hüseynin (ə) toy barədə düşünməsi, öz qızını ərə vermək fikrinə düşməsi nə qədər məntiqə uyğundur? Nəhayət, Şeyx Hüseyn Nuri, Şeyx Abbas Qumi kimi məşhur tarix və rical alimləri İmam Hüseynin (ə) Kərbəlada ərə veriləcək yaşda subay qızının olmadığını qeyd etmişlər. O həzrətin bir qızı İmam Həsənin (ə) oğlu Həsəni-müsənnada, digər qızı isə İmam Həsənin (ə) o biri oğlu Abdullahda ərdə imiş. Həsəni-müsənnaya ərə getmiş qızın adının Fatimə olduğu məlumdur. Abdullaha ərə getmiş qız isə yəqin ki Səkinədir. Həsəni-müsənna və Abdullah hər ikisi Kərbəlada iştirak etmiş, Abdullah şəhid olmuş, Həsəni-müsənna isə yaralı halda əsir düşmüş və sağaldıqdan sonra Mədinəyə qayıtmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

20 Avqust 2017 06:03

Yupiterin əvvəllər görünməmiş fotoları nümayiş olundu - FOTOLAR

20 Avqust 2017 05:33

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

20 Avqust 2017 05:04

Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT

20 Avqust 2017 05:03

Kral 400 terrorçunu əfv etdi

20 Avqust 2017 04:49

“Facebook”da yeni reklam növü tətbiq olunacaq

20 Avqust 2017 04:33

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33