Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın qərbində səsvermə başlayıb

ABŞ-ın qərbində səsvermə başlayıb

Date: 8 November 2016 21:52

ABŞ-ın Kaliforniya və digər qərb ştatlarında seçki məntəqələri işə başlayıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə 19.00-da Aydaho, Kaliforniya və Nevada ştatlarında səsvermə başlayıb. Səsvermə Alyaska ştatında 20.00-da, Havay adalarında isə 21.00-da başlayıb.
 
Qeyd edək ki, seçki məntəqələri ilk olaraq (Bakı vaxtı ilə noyabrın 9-na keçən gecə saat 03.00-da) Kentukki və İndiana ştatlarında bağlanacaq. Səsvermə Ohayoda Bakı vaxtı ilə gecə 03.30-da, Florida, Virciniya və digər mühüm ştatlarda - 04.00-da başa çatacaq. ABŞ-ın qərb hissəsindəki sonuncu seçki məntəqələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saat 08.00-da, Alyaskada isə 09.00-da bağlanacaq.

Milli.Az


Tags:  ABŞ-ın qərbində səsvermə başlayıb

RƏYLƏR


Top news