Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UEG: Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı üçün böyük işlər görür - FOTO

UEG: Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı üçün böyük işlər görür - FOTO

Date: 8 November 2016 22:12

Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı üçün böyük işlər görür.

Milli.Az bildirir ki, bunu Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) kişi idman gimnastikası üzrə texniki komitəsinin rəhbəri Yakob Vişnia deyib. O bir neçə dəfə Bakıda olduğunu bildirib: "Amma son iki-üç il ərzində mən ölkədə gimnastikanın daha çox inkişaf etdiyini görürəm. Bunun nəticəsidir ki, sizin idmançılar böyük yarışlarda finallara çıxır və medallar qazanırlar".

O bu işdə Azərbaycan Gimnastika Federasiyasının böyük rolu olduğunu deyib: "Federasiya gimnastikanın ölkədəki inkişafı üçün böyük işlər görüb. Mən xüsusilə Federasiyanın baş katibi Fərid Qayıbovun işini qeyd etmək istəyirəm. Bugünkü yarışda da onun gözəl komanda yaratdığı hiss olunur. Bütün məşqçilər, hakimlər bir yerdə çalışır. Məhz bunun sayəsində belə yarış təşkil etmək mümkün olub".

UEG-in bədii gimnastika üzrə texniki komitəsinin rəhbəri Hayde Bruneder deyib ki, Azərbaycanın, xüsusilə də gimnastikanın inkişafını görmək çox gözəldir: "Avropa Oyunlarından sonrakı bir ildə gimnastika ölkədə çox inkişaf edib. Demək lazımdır ki, bugünkü yarışda yaradılan şərait sadəcə fantastik idi."

UEG Katibliyinin üzvü Kirsi Erofeeff-Enqman da yarışların yüksək səviyyədə təşkil olunduğunu və çoxlu gənc gimnastın məmnunluq duyduğunu deyib.

UEG-in akrobatika üzrə texniki komitəsinin üzvü Bernardu Tomaş hesab edir ki, ölkədə yaradılan şəraitlə əlaqədar Azərbaycan yaxın illərdə akrobatika gimnastikasının səviyyəsini yüksəldəcək.

Milli.Az





Tags:  UEG Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı böyük işlər görür FOTO

RƏYLƏR


Top news