Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kuznetsov" zərbələrə hazırlaşır

"Kuznetsov" zərbələrə hazırlaşır

Date: 8 November 2016 22:12

Rusiyanın Aralıq dənizinə yolladığı hərbi gəmilər göyərtə aviasiyası və qanadlı raketlərlə Suriyadakı hədəfləri yaxın saatlarda vuracaqlar.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, Rusiyanın Müdafiə Nazirliyindəki mənbələr deyiblər.

Zərbələrin hədəfləri Hələb şəhəri yaxınlığında müxalifətçilərin mövqeləri olacaq.

Hazırda Rusiyanın aviadaşıyıcı qruplaşması Aralıq dənizinin şərqində, Suriya sahilləri ilə Kipr adası arasındadır. Qrupa "Admiral Kuznetsov" aviadaşıyıcı gəmisi, "Pyotr Veliki" ağır atom raket kreyseri, "Severomorsk" və "Vitse-admiral Kulakov" gəmi əleyhinə böyük gəmilər, habelə köməkçi gəmilər, sualtı qayıqlar daxildir.

Milli.Az


Tags:  Kuznetsov zərbələrə hazırlaşır

RƏYLƏR


Top news