Revmatizmanın bu təsirini bilirsinizmi?

Revmatizmanın bu təsirini bilirsinizmi?
22:22 8 Noyabr 2016
275 Ölkə
Ölkə mətbuatı
A- A+

Oynaqlarda ağrı ilə özünü göstərən revmatizmanın ürək-damar sisteminə təsir göstərdiyini bilirdik. Yeni bir araşdırmaya görə, revmatizma həmçinin, birbaşa ağciyər və böyrəklərə də təsir göstərir.

Ölkəmizdə geniş yayılan revmatik xəstəliklər, oynaqlar başda olmaqla, əzələlər, sümüklər və onurğa kimi hərəkəti təmin edən orqanlarda üzə çıxır.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ürək-damar sisteminə təsir göstərən revmatizma, əlamət vermədiyi üçün olduqca ciddi bir xəstəlikdir.
Bu xəstəlik uşaqlıqdan başlayaraq, hər yaşda görülə bilər.
Müalicədə məqsəd sadəcə ağrını deyil, xəstəliyi nəzarət altına almaq olmalıdır.
Son 10 ildə revmatik xəstəliklərin müalicəsində bir çox yeniliklər olub.
Bu xəstəliklərin yaranmasında vəzifəli olan bəzi molekullar kəşf edilmiş və onlara qarşı inkişaf etdirilən dərmanlar ilə xəstəliyin nəzarət altında saxlanılması mümkün olmuşdur.
Mütəxəssislər xəstəliyə qarşı nar, balıq, yumurta, zeytun yağı və armud kimi qidaları qəbul etməyi tövsiyə etdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR