Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şvarseneqqerin burnu sındı, aktyor sevindi

Şvarseneqqerin burnu sındı, aktyor sevindi

Date: 8 November 2016 22:46

Aktyor Arnold Şvarseneqqerin burnu sınıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ildə təqdim edilən “Dəmir maskanın sirri” filminin davamı kimi çəkilən yeni ekran əsərində Çeki Can və Arnold bir araya gəlib.

Rusiya istehsalı olan film üçün aktyorlar Çində çəkilişlərə  başlayıblar. Artıq ilk hadisə də yaşanıb və Şvarseneqqerin burnu sınıb. Ehtiyatsızlıq üzündən Arnolda dəyən sərt zərbədən burunda qanama başlayıb və köməkçilər buna müdaxilə etdiklərini zaman “Lazım deyil. Bu, həqiqətən əladır” deyən aktyor həmin kadrın təbii alınmasından sevindiyini deyib:
 
“Bütün bu cəfəngiyyat geridə qalacaq və burun sağalacaq, amma bu kadrlar tarixdə iz buraxacaq”.


 


Tags:  Şvarseneqqerin burnu sındı aktyor sevindi

RƏYLƏR


Top news