ABŞ-dakı seçkilərin LÜĞƏTİ

ABŞ-dakı seçkilərin LÜĞƏTİ
22:47 8 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az azadliq.org-a istinadən2016-cı il ABŞ prezident seçkilərində işlənən terminlərin və ifadələrin lüğətini təqdim edir

Qiyabi səsvermə - Seçki məntəqəsinə gələ bilməyənin səsverməsi. Qiyabi səsvermədən xaricdə olan ABŞ vətəndşaları istifadə edir. Seçki günü öz seçki dairəsindən uzaqda olanlar da qiyabi səsvermədən yararlana bilir.

Alt-hüquq - "Alternativ hüquq" anlayışının qısaldılmış şəklidir və sağçı ideologiyanın bir qoludur. Onun üzvləri əsas mühafizəkar cərəyanı rədd edirlər. Formal təşkilatları yoxdur. Əsasən internet vasitəsilə miqrasiya və multikulturalizm əleyhinə çıxan Respublikaçı namizəd Donald Trumpı dəstəkləyirlər. "Alt-hüquq" deyəndə anti-semitizm, anti-feminizm, anti-islam və sağçı baxışları olanlar başa düşülür.

"Bellwether" ştat - Mənası "vəziyyətin necə olacağını göstərən ştat" deməkdir. Bu ştatda seçkini udan adətən ölkə üzrə seçkini də udur. Son 12 seçkidə Ohayo ştatında seçkini udan həmişə prezident olub. 1956 və 2004-cü illər istisna olmaqla 1904-cü ildən bəri Missuridə də seçkini kim udursa, ümumi seçkini də udur. 1912 və 1976-cı illəri çılxanda 1912- ci ildən bəriNevada ştatı da həmişə ümumi seçkini udana səs verib.

Mavi ştat - Demokrat partiyasının aşkar üstünlüyü olan ştat

Bundler - Seçki kampanaiyasına ianə toplayan şəxs

Birləşmiş vətəndaşlar - Vətəndaş birlikləri və korporasiyalar namizədlərin seçki komandası ilə əlaqləndirmədən də namizədin seçki kampaniyasnı reklam edə bilər

Clinton Fondu - 1997-ci ildə prezident Bill Clintonun kitbaxanasını yaratmaq üçün təsis olunmuş beynəlxalq xeyriyyə fondu. Hazırda iqlim dəyişikliyi, iqtisadi inkişaf və s. kimi 11 beynəlxalq layihəni maliyyələşdirir. Trump iddia edir ki, Clinton dövlət katibi olanda bu fonda ianə verənlər bundan faydalanıblar. Ancaq bunun sübutları yoxdur.

Uzunqulaq - Demokrat partiyasının qeyri-rəsmi rəmzi

Vaxtından qabaq səsvermə -Seçicilər seçki günümdən qabaq da səs verə bilərlər. Elə ştat var ki, seçkidən 50 gün qabaqdan başlayaraq səs vermək olar. Bəzi ştatlarda bu, 4 gündür. Erkən səsvermədə məqsəd seçkidə səsvermədə daha çox adamın iştirakına şərait yartmaqdır.

Seçki Kollegiyası - ABŞ prezidentini formal olaraq seçən sistem. Şər bir ştat Konqresdəki üzvlərinin sayına uyğun olaraq Seçki Kollegiyasında səsə malikdir. Prezident olmaq üçün seçici kollegiyasında səslərin 270-ni qazanmaq lazımdır.

Fil - Respublikaçı partiyanın ənənəvi rəmzi

e-maillər - Hillary Clinton 2009-2013-cü illərdə Dövlət Katibi olanda özünün şəxsi və rəsmi yazıması üçün özəl e-mail serverindən istifadə edib. Respublikaçılar bildirir ki, bu, dövlət təhlükəsizliyinə risk yaradıb. Trump deyir ki, Clintonun sonra 33 min e-maili silməsi də qanunsuzdur.

G.O.P. - "Böyük Köhnə Partiya" adının abreviaturasıdır. Bu isə Respublikaçı partiyanın ləqəbidir.

Hakerlər- ABŞ-da Ölkənin Təhlükəsizliyi Departamentinin rəhbəri bildirib ki, hakerlər ən azı 20 ştatda seçki sisteminin təhlükəsizliyi pozub. Bəzi rəsmilər bunda Rusiyanı günahlandırır. Obama administrasiyası Demokrat Partiyasının Milli Komitəsinin də kompüterlərini yarmaqda Rusiyanı ittiham edir. Hökumət bildirir ki, hakerlər belə hücumu yalnız Rusiyanın yüksək vəzifəli şəxslərinin göstrişi ilə edə bilərdilər. Rusiya prezidenti Putin dövlət səviyyəsində belə hücumu inkar edir.

Lobbiçi - Haqq müqabilində şirkətin, sənayenin və ya xarici hökumətin maraqlarını ifadə edən və bunun xeyrinə çalışan şəxs. Lobbiçi hər hansı siyasi məsələnin də lobbiçiliyini edə bilər.

ObamaCare - ABŞ-da tibbi sığorta proqramının islahatı qanunu. Məqsədi bu sığortanı əhalinin daha geniş təbəqlərinə aid etmək və qiymətini azaltmaqdır. Obama bu qanunu 2010-xcu ildə imzalayıb. Trump bildirir ki, prezident seçilsə, qanuna yenidən baxacaq.

Qırmızı ştat - Respubliaçı partiyanın aşkar üstünlüyü olan ştat

Vergi Ödənişini Göstər - Donald Trump ödədiyi vergiləri açıqlamaq ənənəsini pozdu və opponentləri ondan ödədiyi vergiləri göstərməyi tələb edir. New York Times qəzetinin yazdığına görə, Trump 1995-ci ildə 1 milyard dollarlıq itki göstərib ki, bu da ona 18 il vergi ödəməməyə imkan yaradıb. Debatda Trumpa sual veriləndə ki, o bu imkandan istifadə edibmi? Trump cavab verdi ki, "əlbəttə".

Robo-zəng - Minlərlə seçiciyə telefon zəngi etməyə və mesaj göndərməyə imkan verən avtomatik zəng sistemi və ya proqram.

İkinci əlavə - ABŞ Konstitusiyasına ikinci əlavə vətəndaşlara silahlanmağa icazə verir. Silahlara nəzarətin əleyhinə olanlar bildirirlər ki, ikinci əlavə silah sahiblərini hökumətin istənilən nəzarətindən qoruyur. Silahlara nəzarət tərəfdarları isə deyirlər ki, ikinci əlavə yalnız kollektiv müdafiənin tərkib hissəsi kimi silah sahibliyinə təminat verir.

Yelləncək ştat- Heç bir namizədin aşkar üstünlüyü olmayan, üstünlüyün seçkidən seçkiyə bir partiyadan o biri partiyaya keçdiyi ştat. Belə ştata bənövşəyi, yəni göylə qırmızının qarışığı olan ştat da deyilir. 2016-cı il seçkilərində Ohayo, Florida, Pensilvaniya, Şimali Karolina, Virciniya belə ştatlardandır.

3-cü partiya namizədləri- ABŞ-ın iki əsas partiyasından - Demokratlardan və Respublikaçılardan olmayan namizədlər. 2016-cı il seçkilərində 3-cü partyiya namizədləri Yaşıl Partiyadan olan Jill Stein və Libertarian partiyasından Gary Johnsondur.

Trumpizm - Donald Trumpın Respublika partiyasından prezidentliyə namizədliyə qədər yüksələ bilməsi fenomeninin adı. Siyasi təhlilçi David Tabachnick Trumpizmin 4 əsas xüsusiyyətini belə səciyyələndirir: məşhurluq, anti-intellektual populizm, hakimiyyətdən olmayan siyasətçi statusu, mühacirlərin qatı əleyhdarı olması. Danışıqda "Trumpizm" dedikdə həmçinin əvvəlcədən düşünülməmiş sosial qadağa qoymaq və ya çox vacib səslənən, lakin heç nə deyilməyən bəyanat vermək başa düşülür.

Trump divarı- Trump Meksikadan ABŞ-a keçən qanunsuz miqrantların, terrorçuların, narkotiklərin qarşısını almaq üçün Meksika ilə sərhədə divar çəkməyi vəd edir. Trump deyir ki, 3200 km-lik sərhəd boyu bu divarı tikməyə Meksikanı da 3 milyard dollar ödəməyə vadar edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR