Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Byük məscidlərdə imam camaatın namaz yeri necə olmalıdır?

Byük məscidlərdə imam camaatın namaz yeri necə olmalıdır?

Date: 8 November 2016 22:52

Niyə böyük məscidlərdə imam camaatın namaz yeri, arxasındakı adamların yerindən bir az aşağı olur?

Milli.Az islam.az-a istinadən bildirir ki, Şəriətə görə, camaat namazında imam-camaatın namaz yerinin qalan adamların namaz yerindən bir az aşağıda olması müstəhəbdir. Buna görə məscidlərdə (əsasən, böyük məscidlərdə) mehrabın qabağında imam-camaatın namaz qıldığı yer bir az çökək olur. Bunun səbəbinin "mehrab" sözü ilə bağlı olduğunu düşünürük. Belə ki, mehrab - "hərb" sözündəndir, döyüş yeri, səngər mənasını verir. Mehrabda duran şəxs namaz zamanı sanki şeytanla müharibəyə girir. Çünki adi namaz qılanlardan əlavə, imam-camaat daha çox şeytani vəsvəsəyə düçar olur. Belə ki, şeytan imam-camaatı, arxasındakı adamların sayı ilə qürurlandırmağa çalışır. Səngər adətən yer səviyyəsindən alçaq olur ki, içində gizlənmək mümkün olsun. Bəlkə də buna görə imam-camaatın mehrab qarşısındakı yerini bir qədər aşağı edirlər.

Milli.Az


Tags:  Byük məscidlərdə imam camaatın namaz yeri olmalıdır

RƏYLƏR


Top news