İsrailli ekspert: Sarkisyan və onun hakim klanı faşistlərin varisləridir

İsrailli ekspert: Sarkisyan və onun hakim klanı faşistlərin varisləridir
23:12 8 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan bu gün tərəqqinin və İslam dünyasının inkişafının mayakı, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsi, eləcə də multikulturalizm və tolerantlığın real örnəyidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Yerusəlimdə, KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri qarşısında çıxışı zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut səsləndirib.

Arye Qutun "Azərbaycan Cənubi Qafqazın geosiyasətində" mövzusunda ikisaatlıq geniş məruzəsinin dinləyiciləri ABŞ-ın Miçiqan, Harvard, Vaşinqton, İllinoys, Kolumbiya, Kaliforniya və Merilend ştatlarının universitetlərini təmsil edən 50 tələbə olub.

İsrailli ekspert Azərbaycan haqqında real və əsl həqiqəti demək imkanına görə KIVUNIM təşkilatının rəhbəri Cey Libermana minnətdarlığını bildirib.

Mühazirə zamanı müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyasından, Cənubi Qafqazın lideri kimi rolundan və yerindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətdən, İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söz açılıb.

A.Qut, həmçinin amerikalı tələbələr qarşısında "Azərbaycan - dünya üçün multikulturalizmin və tolerantlığın əsl modeli" mövzusunda sənədli təqdimat keçirib. İsrailli ekspert qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi dini və etnik tolerantlığa zəmanət verən, dövlətin bu sahədə rolunu gücləndirən iki təsisat yaradıb. A.Qut deyib: "İlk olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti təsis edilib. Daha sonra əsas fəaliyyəti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təşviqi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, Azərbaycan həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara dözümlülük və hörmət qədim zamanlardan, Böyük İpək Yolu çağlarından bu günədək ölkənin inkişafının təməli olub".

İsrail ekspertinin sözlərinə görə, qədim Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yaşayıblar. "Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Ölkənin yəhudi icmasının nümayəndələrinə səmimi və qardaş münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda antisemitizm əzəldən olmayıb və yəhudilər burada özlərini yad hiss etməyiblər", - Arye Qut vurğulayıb.

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində kütləvi soyqırımı ilə bağlı sənədli təqdimat zamanı isə Arye Qut deyib: "Mən, İsrail vətəndaşı, yəhudi xalqının nümayəndəsi, ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən Sovet Ordusu zabitinin nəvəsi kimi 1992-ci ilin fevralında Xocalıda soyqırımına məruz qalmış Azərbaycan xalqının ağrısını başa düşür və dərdinə şərik oluram. Ermənistan silahlı terror qruplaşmalarının vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir alınaraq inanılmaz işgəncə, təhqir və həqarətə məruz qalıb. Bu kütləvi qırğın bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi".

Azərbaycanın Xocalı şəhərindəki dəhşətli və qanlı qırğınlar haqqında təqdimat amerikalı tələbələri - yəhudi icmasının gənc liderlərini sarsıdıb.

Sənədli təqdimatı çərçivəsində Arye Qut vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı Vermaxtın heyətində 20 minlik erməni legionunun vəhşiliyini tarix heç vaxt unutmayıb. Bu barədə danışan israilli ekspert deyib: "Minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak etmiş millətçi sərkərdə Dronun rəhbərlik etdiyi erməni legionunun məqsədi basqınlar törətmək, yəhudilərin, faşistlərə xoş gəlməyən digər millətlərin nümayəndələrini məhv etmək idi. Eyni zamanda, erməni legionu həbs düşərgələrində ölüm yürüşləri təşkil etmişdi. "Azad Ermənistan" uğrunda məhz bu "mübariz", antisemit və faşist Dro bu gün Ermənistan rəhbərliyinə öz ekspansionist planlarına bəraət qazandırmaq və gənc nəsli digər millətlərə qarşı nifrət ruhunda tərbiyələndirmək üçün lazımdır.

Müasir Ermənistanda Dro və Njdeyə pərəstiş təbliğ edilir. Onların şərəfinə xatirə sikkələri zərb etdirir, bədii və sənədli filmlər çəkirlər. Ermənistan paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. A.Qut vurğulayıb: "Bu pərəstiş hansısa marginal siyasi qruplar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında dövlət dayanır. Bu yaxınlarda Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmişəm və tədbir iştirakçılarına bu haqda danışmışam. Əyani surətdə əmin oldum ki, dünya bu mətləblərdən xəbərsizdir. Zənnimcə, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyanın simasında məhz erməni generalları-Dro və Njdenin varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədiblər. Serj Sarkisyanın bu cümləsini xatırlamaq kifayətdir: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındıra bildik". Bu, real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı Dro və Njdenin əsl və layiqli varisləridir".

Arye Qut amerikalı tələbələrin diqqətinə çatdırıb ki, Ermənistanın hələ də davam edən təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən bu ölkədən olan bir çoxları bu tolerantlıq amili ilə fəxr edirlər.

İsrailli ekspert çıxışını belə yekunlaşdırıb: "Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının həyat tərzi və ənənələrinə qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə dağ yəhudilərinin İsrail hüdudlarından kənarda kompakt yaşadığı yeganə və unikal məkan, Azərbaycanın əsl iftixarıdır. Qırmızı Qəsəbə Azərbaycanda dini icma təmsilçilərinin - müsəlmanlar və yəhudilərin sıx əməkdaşlığı və tərəfdaşlığının nəticəsidir. Bu gün müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına və bir-birinə hörmət etməsinə real və əsl nümunə var".

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu -

18 Avqust 2017 00:14

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

18 Avqust 2017 00:09

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08

Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO

17 Avqust 2017 23:58

İspaniyadakı teraktı İŞİD törədibmiş

17 Avqust 2017 23:49

Təminat verirəm ki, müharibə olmayacaq -

17 Avqust 2017 23:48

Bakıda marketdə yanğın olub

17 Avqust 2017 23:42

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

17 Avqust 2017 23:37

Azərbaycan və Rusiyanın BMT-dəki daimi nümayəndələri görüşüblər

17 Avqust 2017 23:30

Fanatı müğənniyə görə köynəyini çırdı - VİDEO

17 Avqust 2017 23:18

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb

17 Avqust 2017 23:12

Ər-Riyad Dohaya güzəştə getdi -

17 Avqust 2017 23:05

Barselonadakı terrorçu tutuldu

17 Avqust 2017 22:54

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 60 nəfərə çatıb

17 Avqust 2017 22:52

5 yaşlı Zeynəbin – FACİƏLİ ÖLÜMÜ - VİDEO

17 Avqust 2017 22:48

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb

17 Avqust 2017 22:42

Venesuelada həbsxana qana boyandı -

17 Avqust 2017 22:39

Polis İspaniyada terror aktı törədən şəxsi saxlayıb

17 Avqust 2017 22:37

40 min illik qarışqa fosilindən hazırlanan təsbeh SATIŞA ÇIXARILDI

17 Avqust 2017 22:33

İspaniyadakı terrorçunun kimliyi bəlli oldu

17 Avqust 2017 22:29

Barselonada üç polisi maşın vurdu

17 Avqust 2017 22:24

Qurban Qurbanov: “Oyunçulardan tələbim bu idi ki…”

17 Avqust 2017 22:18

Barselonada avtomobil 3 polis əməkdaşını vurub

17 Avqust 2017 22:17

"Barselona"da ciddi itki -

17 Avqust 2017 22:15

Barselonanı qana bulayan terrorçunun şəxsiyyəti müəyyənləşib

17 Avqust 2017 22:06

Tramp bir tvitlə şirkətə 6 milyard dollar ZƏRƏR VERDİ

17 Avqust 2017 21:53

Barselonadakı terroru törədənin KİMLİYİ BİLİNDİ - FOTO

17 Avqust 2017 21:53

“Pul gəlmiş, papaq getmiş” – aparıcı saxta dostlarını IFŞA ETDİ

17 Avqust 2017 21:48

Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirilib

17 Avqust 2017 21:47

Oğlanlardan qaçdı.Meşədə itkin düşdü-

17 Avqust 2017 21:45

Ramil Quliyev ona yönələn ittihamlardan danışdı: "Eşitmişəm "fərari" deyirlər" - MÜSAHİBƏ

17 Avqust 2017 21:44

Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI

17 Avqust 2017 21:33

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI -

17 Avqust 2017 21:29

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşdi

17 Avqust 2017 21:20

Gözəl qadın yoxsa yaraşıqlı kişi? - cinsini dəyişənlərdən İNANILMAZ FOTOLAR

17 Avqust 2017 21:18

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada - FOTOLAR

17 Avqust 2017 21:03

Barselonada mikroavtobusu kütlənin üzərinə sürdülər -

17 Avqust 2017 20:57

Barselonada yük maşını kütləyə çırpıldı, ölən və yaralananlar var - MÜSAHİBƏ

17 Avqust 2017 20:49

Luis Suarez bir ay yaşıl meydandan KƏNARDA QALACAQ

17 Avqust 2017 20:48

Suriya BMT-ni beynəlxalq koalisiyanı buraxmağa çağırdı

17 Avqust 2017 20:38

İran müdafiə nazirinin müavini: “Ballistik və qanadlı raketlər üzrə müdafiə potensialımızı artıracağıq”

17 Avqust 2017 20:37

Səidə Sultan mərhum xalq artistini yad etdi -

17 Avqust 2017 20:33