Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerika yenotu: dərisi və ya dərsi...

Amerika yenotu: dərisi və ya dərsi...

Date: 8 November 2016 23:12

Yazılı və elektron KİV-lərdə Amerika yenotunun Sabirabada və Azərbaycana necə gəlib çıxması sualı üzərində baş sındıranlara bir faktı xatırlatmaq istərdik. Bu yenotun "dədə-babaları" Azərbaycanın İsmayıllı rayonundakı meşələrə 1980-ci illərin əvvələrində dövlət tərəfindən buraxılıb ki, sonradan onların həm çox qiymətli olan dəri-xəzindən istifadə edilsin, həm də əkinləri məhv edən çöl siçanları ilə mübarizə aparılsın. Amma...

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, sonradan yenotların gətirəcəyi gəlir, vurduğu ziyanın yanında heç nə olub. Belə ki, yenotlar İsmayıllı meşələrindəki ağaclarda qurulmuiş quş yuvalarına qalxaraq onlara divan tutublar. Ona görə də bu dəfə yenotları qırıb qurtarmağa başlayıblar.

Böyük ehtimalla, Sabirabadda tutulan yenot 30 il əvvəl İsmayıllı meşələrinə buraxılmış yenotların nəslindəndir.

Milli.Az


Tags:  Amerika yenotu dərisi dərsi

RƏYLƏR


Top news