Azərbaycanlı tələbə Çində fitnes-model yarışında ikinci oldu - FOTO

Azərbaycanlı tələbə Çində fitnes-model yarışında ikinci oldu - FOTO
23:17 8 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov Çində tələbələr arasında keçirilən 13-cü bodibildinq və fitnes-model çempionatında gümüş medal qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Çinin 150-dən çox universitetindən təxminən 500 tələbənin qatıldığı çempionatda S.Həsənov fitnes-model yarışında "A" qrupunda 30 idmançıdan üstün olaraq yarımfinal mərhələsinə keçib. Burada da hamıdan üstün olan həmvətənimiz final yarışında ikinci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, bu, Sadiq Həsənovun ilk uğuru deyil. O, bir neçə dəfə bu cür yarışlarda mükafat qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR