Sodalı su içməyin faydaları

Sodalı su içməyin faydaları
23:22 8 Noyabr 2016
698 Ölkə
Ölkə mətbuatı
A- A+

Sodalı su içmək orqanizmi müxtəlif xəstəliklərə qarşı qorumanın ən təsirli yollarından biridir.

Soda, dünya miqyasında milyonlarla evdə istifadə edilən olduqca geniş bir məhsuldur. Bu məhsul yalnız xörəklərdə istifadə edilmir, çay sodası eyni zamanda müəyyən təmizlik işlərini asanlaşdırıb sağlamlığa da töhfə verir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, çay sodası, az miqdarda istehlak edilməlidir. Nizamlı istifadə, turşu səviyyəsini azaldıb, qanın təbii pH səviyyəsini tarazlaşdırır və bu sayədə orqanizmin ümumi fəaliyyətini dəstəklədiyi görülmüşdür.
Sodanı suda həll etmək, dünya miqyasında ən qədim və ən çox istifadə edilən müalicələrdən biridir. Orqanizmi müxtəlif xəstəliklərə qarşı qorunmanın ən təsirli yollarından da biridir.
Soda istehlakı, həmçinin mədə qıcqırmasının qarşısını almaq üçün mədə turşularını təsirsiz hala gətirir.
Bir stəkan suyla qarışdırıldıqda, soda iltihabın qarşısını alır. Bu da mədə pozulmasından daha tez xilas olmağınızı təmin edir.
Bu maddədən çox istifadə etməməyə diqqət göstərərək, gündəlik az bir miqdarda istehlak etmək faydalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR