Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniyada 1 nömrəli İŞİD-çi tutuldu

Almaniyada 1 nömrəli İŞİD-çi tutuldu

Date: 8 November 2016 23:22

Yüksək rütbəli islamçı şəxs də daxil olmaqla, özünü İŞİD adlandıran qrupa bağlı beş nəfər Almanıyada koordinasiya edilmiş reydlər nəticəsində həbs edilib.

Milli.Az BBC-yə istinadən bildirir ki, şimali və qərbi Almaniyada mənzillər reyd edilib və Hanover şəhərinə yaxınlıqda bir məsciddə axtarış aparılıb.

Həbs edilənlər arasında Əbu Vəla, və ya "üzsüz vaiz" ləqəbli iraqlı da var. O, İŞİD sıralarına qoşulmaq barədə təbliğat aparırdı.

Reydlər İŞİD-ə bir neçə ay ərzində qoşulduqdan sonra Türkiyəyə qaçan 22 yaşlı cihadçının verdiyi məlumat nəticəsində keçirilib.

Sentyabrın sonunda Almaniyaya dönməzdən qabaq, Anil O. adlı şəxs, müsahibədə Əbu Vəlanı  "Almaniyada İŞİD-in 1 nömrəsi" adlandırdı.

Milli.Az


Tags:  Almaniyada nömrəli İŞİD-çi tutuldu

RƏYLƏR


Top news