Təşəhhüdün həqiqəti

Təşəhhüdün həqiqəti
23:42 8 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Sadiq (ə) buyurur: "O zaman ki, Həzrət Haqqa qarşı qəlbi ürfana malik oldun, bu mövzunun zəruriliyi sənin üçün aydın olacaqdır ki, gərək bütün İlahi nemətlərə qarşı əməli şükür edəsən. Həzrət Məbuda əməli şükür edəsən".

Bunu isə Həzrətin (ə) öyrətdiyi kimi Peyğəmbərə (s) təvəssül etmədən yerinə yetirmək mümkün deyildir. Onu tanımadan, hörmətini saxlamadan, Haqqı tanımaq və Haqqın hörmətini saxlamaq mümkün deyildir.
Həzrət Peyğəmbərin (s) iki mühüm vəzifəsi vardır:
1. Ümmətin istiğfarı.
2. Ümmətin şəfaəti.
Sən əgər Peyğəmbəri (s) tanımırsansa, onun əzəmətini dərk etmirsənsə, onunla həmahəng hərəkət etmirsənsə, təşəhhüdün həqiqətini dərk edə bilməzsən.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Sadiq (ə) buyurur: "Səna, həmd və şükür Allaha aiddir. Əlbəttə bu sənanı və həmdi deyən, o zaman dediklərində doğruçu və sadiq olar ki, əməli dediyi ilə müvafiq olsun. Öz batinində Haqqın bütün buyurduqlarına qəlb razılığına malik olmalıdır. İnsan bu mələkuti aləmə kamil mərifət, ürfan, nurani qəlblə və sağlam ağılla daxil olmalıdır".
Dildə lağlağı etməklə, çirkli ruh və zülmətli qəlblə, xain nəfslə bu ali hədəfə çata bilməzsiniz. O kəs ki, təşəhhüd demək istəyir, gərək bütün varlığı təşəhhüdə qaim olsun. Yəni Həzrət Haqqdan başqa məşuqun, məbudun olmamalıdır. Bütün yalançı məbudları zahiri cazibələrinə baxmayaraq, özündən uzaqlaşdırmağa çalış.
Kiçik şirk sayılan riyadan uzaq olaraq, havayi-nəfsinə pərəstiş etmədən, təşəhhüdü de. Əgər bunu səmimi qəlbdən etməsən, Həzrət Haqq sənə tərəf səslənərək buyuracaqdır: "Ey yalançı! Həya etmirsən ki, şirk edərək, havayi-bütünə söykənərək, bu bir neçə günlük maddi həyatında özünü tək Allaha pərəstiş edən kimi qələmə vermisən? Halbuki, səndə tək Allaha pərəstiş edən insanın xətti və əsəri yoxdur. Sənin bu qədər batil məbudun vardır, necə təşəhhüdü deyə bilirsən? Əgər kimsə bu cümləni deyirsə, gərək bütün batil məbudları əmələn inkar etsin".
Ona görə də deyə bilərik ki, təşəhhüdü ancaq dildə demək kifayət deyildir, Həzrət Səccadın (ə) buyurduğu kimi, bu, əkbər hüquq sayılır, ancaq həqiqi ibadətlə mümkün sayılır. Bu ibadətin öz şərtləri vardır ki, bu şərtlər Allahın əmri ilə edilən ibadət, Allah üçün edilən ibadət və fiqhi məsələlərin düzgün yerinə yetirilməsidir. İnsan Allahın hüququnu əməli cəhətdən yerinə yetirərsə, bu həqiqi ibadəti etmiş olar.
İnsan əgər bu cür ibadəti edərsə, tək Allaha pərəstiş etmiş olar. Təşəhhüddə söylədiyi sözləri, yəni Allahın tək Məbud olduğunu və Ondan başqa İlah olmadığını və şəriki olmadığını etiraf edən zaman doğruçu olar. İmam Sadiqin (ə) buyurduğu kimi, bu insan batinində və zahirində də ibadət etmiş olar. Əməli dediyi sözlərə müvafiq gəlir. Dediyi təşəhhüd həqiqi təşəhhüd olar.
Bu cür insan ilk növbədə Quran, maarif, Həzrət Haqq, Onun sifətlərini və gözəl adlarını tanıyar və bilər. İkinci isə tanımaq mərhələsindən sonra vacibatları əda edər və haramları tərk edər. Üçüncü isə Mehriban Allahın iradəsi ilə bütün varlıqları özündən razı salar. Hər nə qədər imtahanı ağır olarsa, Allahın təqdiratı kimi qəbul edib, şükür edər. Bu etiqad və mərifət ilə dediyi təşəhhüd qəlbinin dərinliyindən gələr. Şirin süd kimi Məhbubun məhəbbətini nuşcan edər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR