Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacıyev Baş prokurorluğu məhkəməyə verdi

Hacıyev Baş prokurorluğu məhkəməyə verdi

Date: 8 November 2016 23:47

Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Baş prokurorluğu məhkəməyə verib.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, bu barədə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib. "Baş prokurorluğun noyabrın 1-də yaydığı məlumatda Cahangir Hacıyevin təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozduğu üçün Səbail rayon məhkəməsinə müraciət etmişik" - deyə vəkil bildirib.

Qeyd edək ki, noyabrın 1-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlama vermişdi ki, Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vəkil Aqil Layıcov isə hesab edir ki, Eldar Sultanovun bu açıqlaması şəxsin və ya şəxslərin Konstitusion qorunan hüquqlarına ciddi hörmətsizlikdir.

Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən də apellyasiya şikayəti verərək, bəraət verilməsini istəyib.

Milli.Az


Tags:  Hacıyev Baş prokurorluğu məhkəməyə verdi

RƏYLƏR


Top news