Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalist Zabil Müqabiloğlu ölüm ayağındadır

Jurnalist Zabil Müqabiloğlu ölüm ayağındadır

Date: 8 November 2016 23:52

1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti çox ağırdır.

Milli.Az modern.az-a istinadən bildirir ki, yaxınlarının bildirdiyinə görə, dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zabil Müqabiloğlu artıq palataya köçürülüb. Jurnalistin palataya köçürülməsini həkimlər onun yaşamaq şansının çox az olmağı ilə əsaslandırıblar.

Qeyd edək ki, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb.

Jurnalistin dostları sosial şəbəkələrdə yaydıqları müraciətdə bəyan ediblər Zabilin Gömrük və ya Neftçilər Xəstəxanasında ömrünü uzatmaq mümkündür, sadəcə bunun üçün ciddi maliyyə vəsaiti tələb olunur. Buna görə də, sosial şəbəkələr və media vasitəsilə imkanlı şəxslərə kömək üçün müraciət edilib.

Zabilin qaraciyər transplantasiyasına ehtiyacı var. Həkimlər deyirlər ki, Zabil Müqabiloğlunu qaraciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündü.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər "Yeni Müsavat" qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com" saytına rəhbərlik edib.

Qeyd edək ki, Zabil Müqabiloğlu Zəngilan rayonundan məcburi köçkündür, Bakıdakı yataqxanalardan birində məskunlaşıb, evlidir, 1 azyaşlı oğlu var.

Milli.Az


Tags:  Jurnalist Zabil Müqabiloğlu ölüm ayağındadır

RƏYLƏR


Top news