"Qəbələ"yə 4 qol vuran futbolçuya 90 milyonluq təklif

"Qəbələ"yə 4 qol vuran futbolçuya 90 milyonluq təklif
00:07 9 Noyabr 2016
119 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" Pyer-Emerik Aubameyanq üçün Dortmund "Borussiya"sına astronomik təklif göndərib. Fanat.Az xəbər verir ki, bu iddia ilə italyan menecer Vinçenzo Morabito çıxış edib.


Morabito "Napoli"nin Qonzalo Hiquaynı "Yuventus"a satmasından sonra Aubameyanqın İtaliya klubuna keçidi üçün vasitəçilik etdiyini bildirib: "Bir müddət əvvəl "Borussiya"nın idman direktoru Maykl Zorka zəng etdim. Aubameyanqın "Napoli"yə transferi ilə bağlı danışdım. Amma birbaşa yox cavabı aldım. Bu yay "Arsenal"ın onun üçün 90 milyon avro təklif etdiyini, amma "Borussiya"nın bu futbolçunu satdığını bilirrəm".


Qeyd edək ki, Aubameyanq ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə qarşı 2 oyun keçirib və 4 qol vurub.


"Transfermarkt"ın 45 milyon avro qiymət qoyduğu Aubameyanq ötən mövsüm keçirdiyi 49 rəsmi oyunda 39 qol vurub. 27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 14 rəsmi matçda 14 dəfə fərqləqib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquoty-4-qol-vuran-futbolcuya-90-milyonluq-tklif-t54015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR