Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tramp seçki pozuntulara görə məhkəməyə şikayət etdi

Tramp seçki pozuntulara görə məhkəməyə şikayət etdi

Trampdan Obamaya: “Xəstə adam” telefonlarımı dinləyirmiş" (04 Mart 2017 18:03)
Donald Tramp Barak Obamanı telefonunu dinləməkdə ittham edib (04 Mart 2017 17:27)
KİV: Fransua Fiyonun seçki qərargahının rəhbəri istefa verib (01 Mart 2017 15:42)

Tarix: 9 Noyabr 2016 00:29

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib.

 

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır.

 

“Şikayət Klark dairəsində (Nevada ştatı) seçicilərin qeydiyyata alınması üzrə məsuliyyətli şəxs  Co P.Qloriaya qarşı verilib. Məlumatımıza görə, o, məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan iki saat gec başa çatdırmağı qərara alıb”, - deyə qərargahdan telekanala bidirilib.   

 

CNN telekanalı bundan əvvəl şikayətin məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan tez başlaması ilə bağlı olduğunu bildirmişdi.

 

Bundan başqa, Trampın qərargahı qeyd edir ki,  Klark dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz işlərini Demokratlar  Partiyasının fəalları ilə koordinasiya edərək həyata keçirirlər.   


Teqlər:  Tramp seçki pozuntulara məhkəməyə şikayət etdi



RƏYLƏR


Top xəbərlər