Exit-poll: Seçicilərin 38 faizi Klintonu, 32 faizi Trampı dəstəkləyir

Exit-poll: Seçicilərin 38 faizi Klintonu, 32 faizi Trampı dəstəkləyir
03:19 9 Noyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton etimadın səviyyəsinə görə rəqibi respublikaçı Donald Trampı qabaqlayır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu deməyə MSNBC trlrkanalının keçirdiyi “exit-poll”un nəticələri deməyə əsas verir.      

 

Məlumata görə, sorğuda iştirak edənlərin 38 faizi Klintonun səmimi olduğunu hesab edərək, ona etibar etdiklərini bildiriblər. Seçicilərin 32 faizi isə  Trampa inandıqlarını bildiriblər.  

 

Sorğunun nəticələrinə görə, yaşı 30-dək olan seçicilərin 54 faizi Klintonu, 34 faizi isə Trampı dəstəkləyib. 65-dək və daha yuxarı yaşda olan seçicilərin 52 faizi Trampı, 45 faizi isə Klintonu dəstəkləyib.    

 

Seçicilərin 40 faizi qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində Meksika ilə sərhəddə divarın tikilməsini dəstəkləyib, 54 faizi isə bu təşəbbüsü dəstəkləmədiyini bildirib.  

 

Qeyd edək ki, seçki məntəqələri ilk olaraq Bakı vaxtı ilə 03.00-da Kentukki və İndiana ştatlarında bağlanır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR