Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşını geri verdi - Bank yenə də ödəniş tələb edir - VİDEO

Maşını geri verdi - Bank yenə də ödəniş tələb edir - VİDEO

Date: 9 November 2016 04:13

Avtomobil krediti götürmüş şəxs borcunu ödəyə bilmədiyindən maşını banka təhvil verib. Bir müddət sonra isə bankdan zəng olunub ki, kreditin ödənişini davam etdirməlidir. İndi həmin şəxsin nə avtomobili qaytarılır, nə də borcu silinir.

Kreditin ödənişini gecikdirdi, avtomobilini itirdi. Ancaq borcdan canını qurtara bilmədi.

Bərdə sakini Zamin Dadaşov bir neçə il əvvəl avtomobil krediti götürüb. Ödəniş edə bilmədiyinə görə borc girova, yəni maşına yönəldilib.

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, borc girova yönəldilibsə avtomobil hərraca çıxarılmalıdır.

Ancaq Zamin Dadaşova maşının satılması ilə bağlı heç bir məlumat verilməyib.

Ancaq qanuni hərrac keçirilsə belə, bu, borclunun məsuliyyətini azaltmır. Avtomobil hərracda aşağı qiymətə satılırsa, dəyəri kredit məbləğindən azdırsa, borclu qalan məbləğin ödənişini davam etdirməlidir.


Tags:  Maşını geri verdi Bank yenə ödəniş tələb edir VİDEO


RƏYLƏR


Top news