Alma piroqu - FOTO

Alma piroqu - FOTO
07:05 9 Noyabr 2016
246 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az alma piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

200 q kərə yağı

2 st. un

1 çimdik duz

3 yumurta

1 ç.q. vanilli şəkər tozu

6 x.q. şəkər tozu

1 ç.q. qabartma tozu 

6 x.q. xama

1 x.q. nişasta

2 x.q. şəkər pudrası 

3 alma 

0.5 ç.q. darçın

Unu ələyin, qabartma tozu qatın. Soyuq kərə yağını xırda doğrayıb una qatın. 1 yumurta, 2 x.q. xama, duz, 4 ç.q. şəkər tozu və vanili yaxşıca qarışdırıb una əlavə edin, xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuya qoyun. 

Almaları təmizləyib kubik doğrayın, yerdə qalan şəkər tozunu üzərinə səpib yumşalınca bişirin. 

2 yumurtanı şəkər pudrası ilə çalın, xamanın qalanı ilə nişastanı əlavə edin. Bu, iç üçün sous olacaq. 

Xəmiri soyuducudan çıxarıb 2/3-ni ayırın, qalanını yenidən soyuducuya qoyun. 

Ayırdığınız xəmiri yayıb perqament döşənmiş formaya (20x30 sm) qoyun. Çəngəllə bir neçə yerdən deşin. 

Üzərinə alma cemini çəkin, darçın səpin, sonra isə sousu bərabər qaydada üzərinə gəzdirin. 

Xəmirin qalanını soyuducudan çıxarın, nazik yayıb fiqurlu bıçağın köməyilə çobanyastığı çiçəkləri kəsib piroqun üzərinə düzün. Əgər belə bıçağınız yoxdursa, nazik şəridlər kəsib piroqun üzərini zövqünüzə görə bəzəyin. 

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Formada soyudub sonra çıxarın. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/487230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR