ABŞ-da prezident seçkilərində Donald Tramp liderlik edir - YENİLƏNİB

ABŞ-da prezident seçkilərində Donald Tramp liderlik edir - YENİLƏNİB
07:32 9 Noyabr 2016
496 Dünya
Ölkə mətbuatı
A- A+

07:29

ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderliyini qoruyub saxlayır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Donald Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb.     
 
CNN telekanalının xəbərinə görə, Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb.   

----------

07:27

Donald Tramp ABŞ prezindet seçkilərində 5 faiz səslərin hesablanmasından sonra irəlidədir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hesablanmanın nəticəsinə görə, 52.2% Trampa səs verib, 44,4% Klintona.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR