"Qəbələ" rəqib axtarır

"Qəbələ" rəqib axtarır
09:12 9 Noyabr 2016
100 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandaların oyunları ilə əlaqədar olaraq Premyer Liqada verilmiş fasilədən yararlanmaq istəyən "Qəbələ" hazırlıq oyunu keçirmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" bunun üçün müvafiq rəqib axtarışındadı.

Bir neçə Premyer Liqa klubu ilə danışıqlar getsə də, Roman Qriqorçukun yetirmələrinin kimlə qarşılaşacağı hələ ki müəyyənləşməyib.
 
Əgər sınaqçı rəqib tapılmasa, əvəzedicilərdən ibarət komanda ilə oyun keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR