İlkin nəticələr açıqlanır: Tramp Klintondan öndədir - VİDEO - FOTO

İlkin nəticələr açıqlanır: Tramp Klintondan öndədir - VİDEO - FOTO
09:32 9 Noyabr 2016
112 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezident seçkilərində bəzi mühüm ştatların səsvermə nəticələri bəlli olub. Belə ki, Donald Tramp strateji hesab edilən Ohayo və Florida ştatlarında qalib gəlməklə, müvafiq olaraq 18 və 29 səs əldə edib. Bununla da onun hesabındakı elektorların sayı 198-ə çatıb. Hillari Klinton isə başqa bir mühüm ştat hesab edilən Virciniyada qələbə qazanaraq, 13 səs əldə edə bilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, hazırda 135:198 nisbətində Donald Tramp öndə gedir. Səsvermədə mühüm hesab edilən Miçiqan və Şimali Karolina ştatlarının nəticələri də qarşıdakı dəqiqələrdə açıqlanmalıdır.

ABŞ-da keçirilən prezident seçkilərində artıq 40 ştatda səsvermə başa çatıb. Respublikaçı Donald Trampla demokrat Hillari Klinton arasında güclü mübarizə müşahidə edilməkdədir. Ən son ilkin hesabalamalara görə, Donald Tramp 17, Hillari Klinton isə 8 ştatda qələbə qazanıb. Bu nəticələrə görə, respublikaçı namizədin aktivində 148 elektor, demokrat rəqibinin xeyrinə isə 104 səs ver.

Donald Trampın qalib olduğu ştatlar: Şimali Dakota, Cənubi Dakota, Vayominq, Nebraska, Kanzas, Oklahoma, Missuri, Arkanzas, Texas, Luiziana, Missisipi, Alabama, Cənubi Karolina, Tennessi, Kentuki, İndiana və Qərbi Virciniya.

Hillari Klintonun qalib olduğu ştatlar: İllinoys, Merilend, Delaver, Nyu-Cersi, Nyu-York, Konnektikut, Rod Aylend, Massaçusets və Vermont.

Amerika Necə Seçir: Elektoral Kollegiya

Seçkilərin nəticəsini 50 ştat və paytaxt Vaşinqtonda keçirilən səsvermə müəyyən edir. Əhalisi çox olan ştatların Elektoral Kollegiyada elektorlarının sayı daha çoxdur. Qələbə qazanmaq üçün namizədlərdən 538 mövcud elektordan ən azı 270-ni əldə etmək tələb olunur. Elektorların sayını ölkəboyu keçirilən seçkilərin nəticəsi müəyyən edir.

***

ABŞ-da artıq 6 ştatda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanıb. Bunlar arasında mühüm ştatlar olan Virciniya, Florida və Pensilvaniya ştatları da var. Artıq Donald Trampın 2 ştatda qalib gəldiyi rəsmən təsdiq olunub. Respublikaçı namizəd İndiana və Kentukki ştatında qalib gələrək müvafiq olaraq 11 və 8 elektoral səs əldə edib. Nəzərinizə çatdıraq ki, Donald Trampın vitse-prezidentliyə namizədi Mayk Pens məhz İndiana ştatının qubernatorudur.

Demokrat namizəd Hillari Klinton isə Vermont ştatında qalib gəlməklə aktivinə 3 elektoral səs yazıb. Ekspertlər xanım Klintonun bu ştatda qələbəsini onun rəqibi olmuş prezidentliyə demokrat iddialı Berni Sanderslə əlaqələndirirlər. Vermont ştatının senatoru olan Berni Sanders Hillari Klintonun Demokrat Partiyasından namizədliyi əldə edəndən sonra onu dəstəklədiyini bəyan etmişdi.

Nəticələr daxil olduqca, onların sizinlə bölüşməyə davam edəcəyik.

* * *

Yüksək səviyyəli mənbələrin verdiyi məlumata görə,  Donald Tramp öz komandası ilə kampaniya qərargahında nəticələri izləyir.

Onun yarış yoldaşı Mike Pence də oradadır. Yüksək mənbələr orada "canlanma" müşahidə olunduğunu xəbər verirlər.

***

Çinin dövlət media qurumu Global Times qrupunun rəyinə görə Trampın prezidentliyi qazanması ABŞ və Çin arasındakı "hər iki tərəfə ziyanlı rəqabətə" son qoya bilər.

Trampın Çində azarkeşləri var. Changshada meymun ötən həftə Trampın qalib gələcəyini proqnoz edib.

Milli.Az





































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR