Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın yeni prezidenti Trampdır - 95 faizlik EHTİMAL

ABŞ-ın yeni prezidenti Trampdır - 95 faizlik EHTİMAL

Date: 9 November 2016 09:52

ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp demokrat Hllari Klintonu qabaqlayır. Milyarder ştatları təmsil edən 244 seçicinin, sabiq dövlət katibi Klinton isə 215 seçicinin dəstəyini alıb.

Milli.Az The New York Times-a istinadən bildirir ki, bu nəticələr Donald Trampın ABŞ prezidenti seçilmə ehtimalının 95 faizə çatdığını göstərir.

ABŞ-da keçirilən prezident seçkilərində qələbə üçün namizədə 270 seçicinin dəstəyi gərəkdir. Onların formal səsvermə proseduru dekabrın 19-da olacaq, gələn ilin yanvarın 6-da isə ABŞ Konqresi həmin səsvermənin sonuclarını təsdiqləyəcək.

Birləşmiş Ştatların yeni prezidentinin inauqurasiya mərasimi gələn ilin yanvarın 20-də olacaq.

Milli.Az


Tags:  ABŞ-ın yeni prezidenti Trampdır 95 faizlik EHTİMAL

RƏYLƏR


Top news