Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda klassik avtomobillərin paradı olacaq

Bakıda klassik avtomobillərin paradı olacaq

Tarix: 9 Noyabr 2016 09:58

Azərbaycan Avtomobil Federasiyası (AAF) Dövlət Bayrağı Günü münasibəti ilə bu gün Bakıda klassik avtomobillərin paradını keçirəcək.

Publika.az xəbər verir ki, paradda 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Klassik avtomobillər saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından yürüşə başlayacaq. Avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanında başa vuracaq.

Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq. Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir.

Sərgiyə giriş sərbəstdir.

Pərviz

















Teqlər:  Bakıda klassik avtomobillərin paradı olacaq



RƏYLƏR


Top xəbərlər