De Bur "Qalatasaray"da?

De Bur "Qalatasaray"da?
10:17 9 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"dən ayrılan Frank de Bur karyerasını Türkiyədə davam etdirə bilər. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qalatasaray" holland məşqçinin xidmətində maraqlıdır. 

İstanbul klubunun rəhbərliyi hazırkı baş məşqçi Yan Oldenin fəaliyyətindən narazıdır. Bu səbəbdən də de Burun tezliklə "Qalatasaray"da həmyerlisini əvəzləyəcəyi gözlənilir. 

Xatırladaq ki, Frank de Bur futbolçu kimi "Qalatasaray"da forma geyib. 46 yaşlı veteran futbolçu 2003-04 mövsümündə "sarı-qırmızılılar"ın heyətində meydana çıxdığı 15 oyunda 1 qol vurub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR