Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aşıq Ədalət: "Ayağımı yerə basa bilmirəm"

Aşıq Ədalət: "Ayağımı yerə basa bilmirəm"

Date: 9 November 2016 10:32

"İndicə yataqdayam. Sizinlə yataqdan danışıram. Həkim gəlib-gedir yanıma". 

Bu sözləri sherg.az-a səhhəti ilə bağlı danışarkən aşıq Ədalət Nəsibov söyləyib. 

Ustad aşıq qeyd edib ki, sol qolu ilə sol dizi həmişə payız və qış aylarında tutulur: 

"8 gündür ki, bu vəziyyətdəyəm. Yəqin, yaxın zamanlarda səhhətim normallaşar. Sizə də geniş müsahibə verərəm. A kişi, heç həkimin də başı çıxmır ki, bu, nə bəladır. Həkimə zəng eləmişəm, deyir, günortaya yaxın gələcəm. Oynaqlarım tutulur. Bədənimdə nə qədər oynaq var, hamısı ağrıyır. Ayağımı yerə basa bilmirəm".

"Sağlıq durumunuzun pisləşməsinə dair xəbərlər yayılanda sizə baş çəkən oldumu?" sualına gəlincə, dədə Ədalət söylədi ki, hər gün yanına 30-40 adam gəlir:

"Gəlib halımı soruşurlar, könlümü oxşayırlar. Jurnalistlər də sağ olsunlar, unutmurlar. Şagirdlərimin əksəriyyəti baş çəkib. Hətta yanıma İrandan da aşıq Şahvazi gəlmişdi. Dahi şair Məhəmməd Hüseyn Şəhriyarın oğlu da məni ziyarət etdi. Düzdür, maddi dəstəyə ehtiyacım yoxdur. Amma sağ olsunlar, gələn əliboş gəlmir. Necə lazımdır hörmət edirlər. Sağ olsunlar həm dostlarım, həm də şagirdlərim".

Qeyd edək ki, xeyli müddətdir aşıq Ədalət Nəsibovun səhhəti pisləşib.

Milli.Az


Tags:  Aşıq Ədalət Ayağımı yerə basa bilmirəm

RƏYLƏR


Top news