Tramp zəfəri: respublikaçılar nəzarəti ələ keçirirlər

Tramp zəfəri: respublikaçılar nəzarəti ələ keçirirlər
10:47 9 Noyabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Respublikaçılar Partiyası Nümayəndələr Palatasında çoxluq qazanmaqla palataya nəzarətlərini altı il də uzadıb. Demokratların isə qazandığı yerlər nisbətən azdır.

Milli.Az BBC-yə istinadən bildirir ki, səslər hələ də sayılır, amma respublikaçılar azı 218 yer əldə ediblər.

Bəzi respublikaçılar arasında qorxu var ki, Donald Trampın fikir ayrılığı yaradan prezidentliyə namizədliyinə görə onlar palatada yer itirə bilərlər.

Demokratların Senatda yerləri geri almağı respublikaçıların Viskonsin, İndiana, Şimali Karolina və Floridada əsas yerləri qazanmağı ilə əldən gedir.

Demokratlar Nevadada öz yerlərini tutublar, burada Ketrin Kortes Mastonun qələbəsi onu əslən Latın Amerikasından olan ilk senator edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR