Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dilqəmdən məktub gəldi

Dilqəmdən məktub gəldi

Date: 9 November 2016 10:57

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazıb.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a girovun qardaşı oğlu Mövlud Musayev məlumat verib.

"Əmim məktubda yazıb ki, hər şey yaxşıdır, narahat olmayın. Biz ona qış paltarı göndərmək istəyirdik, əmim məktubda isti paltarlarının olunduğunu, səhhətinin qaydasında olduğunu yazıb. Əmim hamıya salam söyləyib", -deyə Mövlud Musayev vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Milli.Az


Tags:  Dilqəmdən məktub gəldi

RƏYLƏR


Top news